Bu sanksiyalar Tehrana nüvə, raket, gəmiçilik və maliyyə sahələrində bir sıra yeni məhdudiyyətlərin tətbiq olunmasına səbəb olacaq.
Bu, SEPAH-ın keçmiş baş komandanı və Sistemin Məsləhətini Müəyyənləşdirən Şuranın üzvü Möhsün Rzayinin nəzarətində olan "Tabnak" saytında yazılıb.
Bildirilib ki, BMT Təhlükəsizlik Şurası 19 sentyabrda İrana qarşı sanksiyaların həmişəlik ləğv edilməsinə dair qətnamə layihəsini rədd edərək, İrana dair əvvəlki bütün qətnamələri yenidən qüvvəyə mindirib və icra olunmasına qərar verib.
2025-ci il avqustun sonunda JCPOA-nı imzalayan üç Avropa ölkəsi, İngiltərə, Fransa və Almaniya “tətik mexanizmi”nin işə salınması prosesinə başladıqlarını elan etdilər; BMT Təhlükəsizlik Şurasına rəsmi bildiriş verildikdən sonra BMT və Avropa Birliyinin İrana qarşı qaldırdığı sanksiyaları yenidən tətbiq edə biləcəyinə dayir qərar sayılır.
BMT sanksiyalarının qaytarılması Təhlükəsizlik Şurasının İrana qarşı 2006-2010-cu illər arasında qəbul edilmiş və geniş məhdudiyyətləri əhatə edən altı qətnaməsinin yenidən aktivləşdirilməsi deməkdir. Bu qətnamələr JCPOA imzalandıqdan və 2015-ci ildə Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qəbulundan sonra dayandırılmışdı.
"Tabnak" saytı tətik mexanizminin işə salınmasından sonra hansı qətnamələrin qayıdacağı bağlı da məlumat yayıb:
"1696, 1737, 1747, 1803, 1835, 1887 və 1929 saylı qətnamələrdə yer alan BMT sanksiyaları İranı nüvə və raket proqramlarından və başqa vacib layihələrdən imtinaya qədər bir",-məlumatda bildirilib və yuxarıda qeyd olunan qətnamələrin hər birinin hansı məhdudiyyətlərə səbəb olacağı geniş izah olunub.
1696 saylı qətnamə:
- Bu qətnamə 31 iyul 2006-cı ildə qəbul edilib və bununlada BMT-nin Təhlükəsizlik Şurası İranı uranın zənginləşdirilməsini dayandırmağa və ya mümkün diplomatik və ya iqtisadi sanksiyalarla üzləşməyə çağırır. Bu, BMT Nizamnaməsinin VII fəslinin 40-cı bəndinə əsasən, birbaşa cəza və ya sanksiya müddəaları olmayan qətnamədir və bir (Qətər) əleyhinə 14 səs lehinə olmaqla qəbul edilib.
1696 saylı qətnamə birbaşa silah embarqosu tətbiq etməyib, ancaq onun mətni bütün dövlətləri İranın raket proqramlarına töhfə verə biləcək hər hansı əşya, material və ya texnologiyanın ötürülməsində “ayıq-sayıq” olmağa çağırıb.
1737 qətnamə:
- 23 dekabr 2006-cı ildə Təhlükəsizlik Şurası İranı uranın zənginləşdirilməsini dayandırmağa məcbur etmək üçün səsə qoyub. Onun bəzi müddəaları Rusiya və Çinin təzyiqi ilə dəyişdirilsə də, Təhlükəsizlik Şurasının 15 üzvü qətnamənin lehinə səs verib. Qətnamədə, bütün hökumətlərdən İranın raket və nüvə proqramında istifadəsi mümkün olan əşyaların İrana birbaşa və ya dolayı satışı, tədarükü və ya ötürülməsini qadağan etmək tələb olunur. Bunlara uranın zənginləşdirilməsi, plutoniumun təkrar emalı və ya ağır su fəaliyyətlərində istifadə oluna bilən avadanlıqlar daxildir.
1737 saylı qətnamə müəyyən fiziki və hüquqi şəxslərin aktivlərinin və iqtisadi resurslarının dondurulmasını və onlara vəsait və ya resursların verilməsini qadağan edən ilk maliyyə məhdudiyyətlərini tətbiq edir.
Sonrakı qətnamələr bu siyahıları genişləndirərək daha çox fiziki və hüquqi şəxsləri, o cümlədən İranın Atom Enerjisi Təşkilatı ilə əlaqəli məmurlar və mütəxəssisləri, onun tabeliyində olan şirkət və qurumları, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrə Dəstək Nazirliyinə bağlı qurumları, İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) bağlı bəzi şəxsləri və qurumları da əhatə edib.
1747 qətnamə:
- 2007-ci il martın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 15 daimi və qeyri-daimi üzvlərin tam konsensusu ilə İrana qarşı 1747 saylı qətnamə qəbul edib. Qətnamədə bütün dünya ölkələrini nüvə enerjisi sahəsində fəal olan İran şirkətləri ilə əməkdaşlığı məhdudlaşdırmağa çağırılıb.
1747 saylı qətnamə ilk dəfə olaraq İrana birbaşa silah embarqosu tətbiq edib. İrana “hər hansı silah və müvafiq avadanlıq ixracı” qadağan edilib. Qətnamə, həmçinin hökumətləri tanklardan və zirehli maşınlardan tutmuş ağır artilleriyaya, döyüş təyyarələrinə, hücum helikopterlərinə, döyüş gəmilərinə, raket və raket sistemlərinə qədər müəyyən ağır silahların İrana tədarükü, satışı və ya ötürülməsində “sayıqlıq və təmkin” nümayiş etdirməyə və müvafiq maliyyə, təlim və texniki xidmətlər göstərməkdən çəkinməyə çağırıb.
1803 qətnamə:
- 1747 saylı qətnamədən 9 ay sonra BMT Təhlükəsizlik Şurası 3 mart 2008-ci ildə və Venesuela bitərəf olmaqla 14 lehinə səslə 1803 saylı qətnaməni qəbul edib.
ًRəsmi olaraq Fransa və Britaniya tərəfindən təklif edilqətnamə, əvvəlki qətnamələr kimi, BMT Nizamnaməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərə cavab olaraq görüləcək tədbirlərdən bəhs edən VII Fəsli çərçivəsində qəbul edilib.
1803 saylı qətnamə maliyyə məhdudiyyətlərini genişləndirib. 9-cu bənd hökumətləri İranla ticarətə dövlət maliyyə dəstəyinin, o cümlədən ixrac kreditlərinin və sığortanın təmin edilməsində “xüsusi sayıqlıq” göstərməyə çağırıb. Bundan məqsəd bu resursların həssas nüvə fəaliyyətlərinə və ya nüvə silahının çatdırılması sistemlərinin inkişafının qarşısını almaqdır.
Qətnamənin 10-cu bəndində həmçinin maliyyə qurumlarının İran bankları, xüsusilə Bank Melli (Milli Bank) və Bank Saderat, onların filialları və ya onlara bağlı qurumlar ilə qarşılıqlı fəaliyyətinə nəzarətin zəruriliyi vurğulanıb. Məqsəd İranın bank şəbəkəsinin nüvə və ya raket fəaliyyətini inkişaf etdirmək üçün beynəlxalq maliyyə dəstəyindən istifadə edə bilməməsini təmin etməkdir.
2008-ci ildə Təhlükəsizlik Şurası bütün dövlətləri öz hava limanlarında və dəniz limanlarında İran yüklərini milli qanunlar çərçivəsində və beynəlxalq hüquqa uyğun olaraq yoxlamağa çağırıb. Bildirilib ki, xüsusən də əgər təyyarə və ya gəmi “İran Hava Karqo” və ya “İran İslam Respublikası Dəniz Gəmiçiliyi”nə aiddirsə və onun qadağan olunmuş əşyaların daşınmasından şübhələnmək üçün ağlabatan əsaslar varsa mütləq yoxlama aparılmalıdır.
1835 qətnamə:
- BMT Təhlükəsizlik Şurasının 1835 saylı qətnaməsi 27 sentyabr 2008-ci ildə yekdilliklə qəbul edilib; yəni 5 daimi üzv və 10 qeyri-daimi üzv olmaqla Şuranın o vaxtkı 15 üzvünün hamısı lehinə səs verib, heç bir ölkə əleyhinə və ya bitərəf qalmaıb.
1835 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası Beynəlxalq Atom Enerjisi Agentliyinin o vaxtkı baş direktoru Məhəmməd əl-Baradeinin İranın uranın zənginləşdirilməsini dayandırmadığını vurğulayan yeni hesabatına istinad edərək, Tehranı Şuranın əvvəlki qətnamələrinin müddəalarına və MAQATE üzvlərinin nüvə proqramının dayandırılmasına dair tələblərinə dərhal və tam şəkildə əməl etməyə çağırıb.
Şura BMT Nizamnaməsinin 7-ci fəsli əsasında çıxarılan 1696, 1737, 1747 və 1803 saylı qətnamələri təsdiqləyib və bu qətnamələrdə İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini və ağır su layihəsini dayandırması tələb olunub. Yeni qətnamədə İrana qarşı yeni sanksiyaların tətbiqindən bəhs edilməyib.
1887 qətnamə:
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İrana qarşı çıxardığı digər qətnamələr arasında 2009-cu il sentyabrın 24-də qəbul edilmiş 1887 saylı qətnamə də var. Bu qətnamə də Şura tərəfindən 15 lehinə səslə qəbul edilib və bu qətnamədə İrandan əvvəlki qətnamələrə əməl etməsi istənilib.
1929 qətnamə:
- 2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana qarşı 1929 saylı qətnamə qəbul edərək, Tehrana qarşı sanksiyaların həcmini və şiddətini artırıb. Qətnamə Təhlükəsizlik Şurasının İrana qarşı əvvəlki üç qətnaməsinə əsaslanıb və sanksiya təzyiqinin tətbiqi üçün yeni tədbirləri ehtiva edib.
Eyni zamanda, qətnamənin mətnində vurğulanıb ki, Təhlükəsizlik Şurasının daimi üzvləri İranın nüvə proqramının sülh yolu ilə həlli üçün dialoqa davam edəcəklər. Şura həmçinin bəyan edib ki, sanksiyalar İranın nüvə proqramının inkişafında iştirak edən fiziki, hüquqi şəxslər və şirkətləri hədəf alacaq.
1929 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası daha da irəli gedib və İrana xaricdə nüvə yanacaq dövrü fəaliyyətlərinə və ya raket texnologiyalarına sərmayə qoymağı qadağan edib.
Qətnamənin 9-cu bəndində İranın “nüvə silahı daşıya bilən ballistik raketlərlə bağlı heç bir fəaliyyət göstərməməsi” açıq şəkildə göstərilib. Qadağa bu cür raketlərin dizaynı, hazırlanması, sınaqdan keçirilməsi və buraxılmasını əhatə edir. Bütün hökumətlərdən İrana texnologiyanın və ya müvafiq texniki yardımın ötürülməsinin qarşısını almaq üçün “bütün lazımi tədbirləri” görmələri tələb olunub.
GünazTV