SON XƏBƏRLƏR

Əhməd Davudoğlu:“Suriyaya beynəlxalq müdaxilə ehtimalı gündəmdədir”

2021.10.20, 07:36
Əhməd Davudoğlu:“Suriyaya beynəlxalq müdaxilə ehtimalı gündəmdədir”

Gunaz.tv

GünAz TV: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tunisdə keçirilən “Suriyanın dostları” qrupunun ilk iclasından sonra Suriyaya beynəlxalq müdaxilə ehtimalının gündəmdə olduğunu deyib.

 

“Sabah” qəzetinə açıqlama verən türkiyəli nazir “məsuliyyət bizdən getdi. Hər şey müzakirələr masasındadır. İraqdan fərqli olaraq, Suriya məsələsində biz də müzakirələr masasındayıq” söyləyib.

 

Davudoğlunun sözlərinə görə, Bəşər Əsəd rejiminin dəyişikliklərə getməsi üçün diplomatik səylərin artırılacağını bildirib:“İnsani yardım dəhlizi yaradılsa, onun mühafizə olunması da gündəmə gələ bilər. Beynəlxalq ictimaiyyətin səssiz qalması mümkün deyil. Biz Liviyadakı (Libi) kimi vətəndaş müharibəsini istəmirik. Ancaq qarşıda risqli bir dönəm olduğunu da bilirik. Məsuliyyət bizim üzərimizdə olmayacaq. BMT-də (Birləşmiş Millətlər Təşkilatı) qəbul edilən qərarı dətəkləyən diplomatik fəallığımızı artırmalıyıq. Yolun bitdiyi yerdə yeni yol açacağıq. Bəşər Əsədin bir “B Planı” da varsa bunun tətbiq olunmaması üçün əlimizdən gələn hər şeyi edəcəyik”. N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar