SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan futbol matçını Kayseridə oynatmaq planı şəhərdə etiraz doğurub

2021.10.20, 07:36
Türkiyə-Ermənistan futbol matçını Kayseridə oynatmaq planı şəhərdə etiraz doğurub

Gunaz.tv
Türkiyə-Ermənistan futbol matçını Kayseridə oynatmaq planı şəhərdə etiraz doğurub Türkiyənin Kayseri şəhərindəki qeyri-hökumət təşkilatları dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Ermənistan milli futbol komandalarının oyununun bu şəhərdə oynanmasını istəmir. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, “Türk Eyitim-Sen” (Türk Təhsil Sindikatı) adlı həmkarlar təşkilatının yerli şöbəsi matçın şəhərdə oynanması və Ermənistanla sərhədlərin açılması düşüncəsinə etiraz əlaməti olaraq imza kampaniyası təşkil edib. Kampaniyaya digər QHT-lər də dəstək verib. “Türk Eyitim-Sen”in Kayseri şöbəsinin sədri Əli İhsan Öztürk 15 gün ərzində toplanacaq imzaların Türkiyə Böyük Millət Məclisi və Türkiyə Futbol Federasiyasına göndəriləcəyini açıqlayıb. Xatırladaq ki, Türkiyə-Ermənistan milli futbol qarşılaşması bu il oktyabrın 14-də oynanacaq. Türkiyə prezidenti Abdulla Gülün dəvəti ilə matçı Ermənistan prezidenti Serj Sarkisyan da izləyəcək. Futbol Federasiyası matçı A. Gülün vətəni Kayseri şəhərinin yeni inşa olunmuş stadionunda oynatmaq niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar