SON XƏBƏRLƏR

Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb

2026.09.29, 17:45
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb

Gunaz.tv

Türkiyə lirəsinin İranda məzənnəsi son 40 gündən az müddətdə 28,5 faiz artıb.

Lirənin qiyməti avqustun sonunda 40 min 300 rialdan sentyabrın 29-da, çərşənbə axşamı keçirilən əməliyyatlarda 51 min 765 riala yüksəlib.

Beləliklə, Türkiyə lirəsinin qiyməti bu müddətdə 11 min 465 rial artaraq 28,45 faiz bahalaşıb.

Bu artım son həftələrdə Türkiyə lirəsinin İran valyuta bazarında sürətlə bahalaşdığını göstərir.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar