SON XƏBƏRLƏR

Azərbaycanda Nazim Hikmət haqqında film çəkiləcək

2021.10.20, 07:36
Azərbaycanda Nazim Hikmət haqqında film çəkiləcək

Gunaz.tv
Azərbaycanda Nazim Hikmət haqqında film çəkiləcək Türk kinematoqrafları şair Nazim Hikmət haqqında film çəkəcək. “Karşıyaka Məmləkət” adlı filmdə Nazım Hikmət obrazını məşhur aktyor Tarık Akan oynayacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, filmin ssenarisi hazırdır. Aktyor ssenarini açıqlayıb: “Nazım Hikmətin Türkiyədən çıxmasından, Rusiyada vəfat etdiyi ana qədər sürgündə keçən illər canlanacaq. Çəkilişlər Rusiya, Azərbaycan, Çexiya, Bolqarıstan və Kubada aparılacaq. Filmin büdcəsi 4 milyon dollardır. Ssenari bitdi. Hər şey hazırdır. Bolqarıstan və Kubadakı çəkilişlər üçün dəstək aldıq, ancaq Türkiyədə hələ sponsor tapa bilmədik”. Aktyor, ünlü şairi oynamağı həyəcanla gözlədiyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar