SON XƏBƏRLƏR

İran adlanan yer Güneylə Quzey arasındakı əlaqələri məhv etmək istəyir

2021.10.20, 07:36
İran adlanan yer Güneylə Quzey arasındakı əlaqələri məhv etmək istəyir

Gunaz.tv
Əlyar Səfərli: "Çünki fars şovinist rejimi onlar arasında siyasi şüurun birləşəcəyindən ehtiyatlanır" "İranda iki dil dövlət dili sayılır: fars və erməni dili. Elm-təhsil dili fars və erməni dilidir". Bunu Azərbaycanın İrandakı sabiq səfiri Əlyar Səfərli bildirib. O, Azərbaycanın diplomlarının İranda tanınmadığını bildirib: "Fars şovinist rejimi azərbaycanlı tələbələri oxumaq üçün Azərbaycan Respublikasına deyil, Ermənistana göndərir. Güneylilər burada təhsil almaq imkanından məhrumdurlar. Çünki İran hakim dairələri bunu onlara yasaq edir". Əlyar Səfərli deyir ki, İran Güneylə Quzey arasındakı bütün mövcud əlaqələri birdəfəlik məhv etmək istəyir: "Çünki fars şovinist rejimi onlar arasında siyasi şüurun birləşəcəyindən ehtiyatlanır, xalqı ana dilindən, tarixindən uzaq salmağa çalışır, ölkədə Azərbaycan türklərini farslaşdırmaq siyasəti aparılır. Millətin milli ruhunu öldürmək üçün bütün vasitələrdən və əməliyyatlardan istifadə olunur". Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar