SON XƏBƏRLƏR

Farsların Azərbaycandakı gizli biznesi

2021.10.20, 07:36
Farsların Azərbaycandakı gizli biznesi

Gunaz.tv
Farsların Azərbaycandakı gizli biznesi Keçmiş iranlı diplomat Faradoun Kuseqdı Heydaralı və “Titanik” Tofiq İsayevin şərikli biznesinin qaranlıq məqamları... Keçmiş MSK sədri Cəfər Vəliyevin adından istifadə edən cütlüyün jurnalist Malik Rəfiyevin ölümü ilə əlaqəsi varmı? İran Azərbaycanda təkcə fars milliyyətçiliyinin təbliğatı ilə məşğul olmur. Eyni zamanda çirkli pulları Azərbaycandan bəzi iş adamlarının əli ilə “yumaq” üçün istifadə edir. Elə Azərbaycanda çalışan bir çox iranlı diplomatların təqaüdə çıxandan sonra ölkəmizdən əl çəkməyərək, burada biznes əlaqələrini genişlətmələri dediklərimizin isbatı sayıla bilər. Bu yazımızda iran casuslarından birinin keçmiş iranlı diplomat Faradoun Kuseqdı Heydaralının ölkəmizdəki biznesindən və ortaqlarından bəhs edəcəyik. Faradoun Kuseqdı Heydaralı İranın Azərbaycandakı səfirliyinin xüsusi səlahiyyətlərə malik diplomatlarından biri idi. Azərbaycanla yanaşı Rusiya ilə İranın gizli danışıqlarında da mühüm rol oynayan Faradoun Kuseqdı Heydaralı diplomat kimi fəaliyyətinə son versə də, ayağını Azərbaycandan çəkmədi. Bakıda “Messenat” adlı bir qurumun qurulmasında mühüm rol oynayan Faradoun Kuseqdı Heydaralı el arasında “titanik Tofiq” adlanan Tofiq İsayevlə birlikdə bina biznesi qurdu. Bu gün Bakının Nərimanov, Binəqədi və digər rayonlarında ciddi bina tikintisi ilə məşğul olan T.İsayev həm də Faradoun Kuseqdı Heydaralının gizli planlarının əsas icraçılarından birinə çevrildiyi, xüsusilə İmişli rayonunda farsların aktivləşməsində mühüm rol oynadığı vurğulanır. Xüsusilə, Tofiq İsayevin tikdirdiyi məscidin iranlı mollaların yuvasına çevrilməsi bu yöndə şübhələri artırır. Burada tədris olunan dini ədəbiyyat qeyri-qanuni yolla İrandan gətirilən ədəbiyyatdır. Məscid adı altında fəaliyyət göstərən mədrəsədə radikal İran meyilli gənclər hazırlanır. Mədrəsədə təhsil alan gənclərin əksəriyyəti radikal islam ruhunda yetişdiyi üçün İran islam dövləti modelinin tərəfdarıdırlar. İranlıların da əsas məqsədi budur. Ən maraqlı hallardan biri də həmin mədrəsədə əksər dərslərin videolentə alınmasıdır. Onu da qeyd edək ki, mədrəsədə tədris gizli şəkildə aparılır. Bizi ən çox maraqlandıran isə görəsən, biznesmen T.İsayevin iranlılarla birləşərək məscid adı altında fəaliyyət göstərən mədrəsəni açmaqda nə marağı var? Hər halda bu qədər qanunsuzluqlar edən, günahlarını qırx karvan dəvənin çəkə bilməyəcəyi Tofiq İsayevin məscid sevdasına başqa cür yanaşmaq olmur. Lakin bir şeyi dəqiq bilirik ki, bu mədrəsədə iranlıların təsiri aldında təhsil alan gənclər dövlətimizin sabitliyi, bütövlüyü, müstəqilliyi və inkişafı üçün hər an təhlükədir. Faradoun Kuseqdı Heydaralı-Tofiq İsayev ittifaqının ən böyük hiyləgərliyi isə bizneslərini Mərkəzi Seçki Komissiyasının keçmiş sədri, mərhum Heydər Əliyevin yaxın dostu Cəfər Vəliyevin adından sui-istifadə etmələrindədir. Yəni, bütün gizli əməlləri ört-basdır etməkdə Cəfər Vəliyevin nüfuzundan istifadə edilir və vergidən tutmuş digər yoxlamalara gələnləri qarşılayaraq, “bura Cəfər müəllimindir” deyərək, geri göndərirlər... Faradoun Kuseqdı Heydaralı-Tofiq İsayev ittifaqının sərgüzəştləri bununla yekunlaşmır. Bu ikilinin çox sirrinə vaqif olan bir jurnalistin-Malik Rəfiyevin müəmmalı şəkildə “intihar etməsi” və bu cinayət işinin ötr-basdır edilməsi bu ikilinin “Titanik” boyda sirrinin olduğu barədə şübhələri artırır. Nəzərə alsaq ki, öldürülən Malik Rəfiyev sadəcə bir jurnalist deyildi. O, həm də Tofiq Hüseynovun “sağ əli” idi. Ancaq nədənsə maşınında ölü halda tapılan və guya küçənin ortasında intihar edən mərhumun qanı batırıldı. Halbuki, istintaq zamanı M. Rəfiyevin “Messenat Holding Şirkətlər Qrupu” MMC-nin mətbuat katibi işləməklə, həmin şirkətə məxsus mənzillərin alğı-satqısı ilə məşğul olub və bu fəaliyyəti ilə əlaqədar bir neçə şəxsə külli miqdarda borcu yarandığı vurğulanırdı. Guya borclarını qaytara bilmədiyi üçün intihar edib. Halbuki, kriminalist ekspertlər “təcrübədə kiminsə özünü 1,20, 1.30 matr hündürlükdə maşının qapsından asaraq intihar etməsi istisna hal hesab edilir. Bu bir qədər şübhəli görünür. Əgər maşın “Cip” və ya yük maşınıdırsa, haradasa bunu mümkün hesab etmək olar. Amma “sedan” tipli maşınlarda bu mümkün deyil”, - deyə deyərək, Malik Rəfiyevin qətlə yetirildiyini söyləyirdilər. Çünki kriminalistikada belə hallara rast gəlinib. Kimi isə kəndirlə boğub öldürürlər, sonradan həmin kəndirlə asırlar. Bu səbəbdən də, asılma ilə boğülma arasında oxşarlıq çoxdur. Eyni zamanda intihar planlaşdırılmış bir hadisə hesab edilir. Özünü öldürmək istəyən şəxs əvvəlcədən, günlərlə və ya aylarla bu barədə düşünür plan cızır. İntihar üçün daha münasib yer planlaşdırır. Daha küçənin ortasında özünü maşınnın qapısından asmaq kimi inandırıcı görünməyən intihar üsulu seçmir. Bu hadisə ciddi araşdırma tələb edir. Çünki burada ikinci şəxsin əlinin olması versyası güclənir. Həmin ikinci şəxs Malik Rəfiyevin patronu Tofiq İsayevin olmadığını kim iddia edə bilər. Bəlkə də Malik Rəfiyev Faradoun Kuseqdı Heydaralı-Tofiq İsayev ittifaqının çox gizli sirrinə vaqif olduğu üçün öldürüldü...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar