SON XƏBƏRLƏR

AZƏRBAYCANLA GƏRGİNLİK TÜRKİYƏ HÖKUMƏTİNDƏ MÜZAKİRƏ EDİLDİ

2021.10.20, 07:36
AZƏRBAYCANLA GƏRGİNLİK TÜRKİYƏ HÖKUMƏTİNDƏ MÜZAKİRƏ EDİLDİ

Gunaz.tv
AZƏRBAYCANLA GƏRGİNLİK TÜRKİYƏ HÖKUMƏTİNDƏ MÜZAKİRƏ EDİLDİ Hökumət sözçüsü Cəmil Çiçək: “Azərbaycanı məyus edəcək hər hansı addım atmarıq” Azərbaycanla münasibətlərdə yaranmış gərginlik Türkiyə hökumətinin dünənki iclasında müzakirəyə çıxarılıb. Hökumət sözçüsü Cəmil Çiçək iclasdan sonra jurnalistlər qarşısında verdiyi açıqlamada bildirib ki, Türkiyə bu günə qədər Azərbaycanla hər məsələdə qarşılıqlı anlaşma şəraitində münasibətlər saxlayıb: “Bu qaydanı hər zaman qoruduq, ancaq son zamanlar Türkiyə ilə Azərbaycan arasında sanki mübahisə varmış kimi bir durum ortaya çıxdı”. Çiçək əlavə edib ki, Ermənistanla danışıqlarda konkret addımlar atmadan açıqlama verməmək prinsipləri ilə bağlı indiyədək açıqlama verməyiblər. “Ancaq bəzilərinin bu işi başqa yerlərə çəkməyə çalışdığını gördük. Bizim nə Ermənistan, nə Azərbaycanla təmaslarımızda azərbaycanlı qardaşlarımızı məyus edəcək hər hansı addım atmağımız mümkün deyil. Bunun belə bilinməsini istəyirik. Bizim sadəcə Azərbaycan deyil, bütün türk cümhuriyyətləri ilə bağlı mövqeyimiz eynidir. Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir və heç bir şəkildə dəyişməyib. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim başlıca prinsipimizdir”, - deyə Cəmil Çiçək bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar