SON XƏBƏRLƏR

İran prezidentinə BMT-nin sammitində qırmızı kloun burnu atılıb

2021.10.20, 07:36
İran prezidentinə BMT-nin sammitində qırmızı kloun burnu atılıb

Gunaz.tv
İran prezidentinə BMT-nin sammitində qırmızı kloun burnu atılıb Mahmud Əhmədnejatın İsrailə qarşı ittihamlarına etiraz edən Fransa və Avropa Birliyi ölkələrinin nümayəndələri zalı tərk ediblər Amerikanın keçmiş prezidenti Corc Buşa ayaqqabı atılmasına bəraət qazandıran İran prezidenti Mahmud Əhmədinejatın bu dəfə özü analoji hadisə ilə üzləşib. İsveçrənin Cenevrə şəhərində 8 ildə ilk dəfə keçirilən BMT-nin irqçiliyə qarşı sammitində Mahmud Əhmədinejata jurnalist ayaqqabısı yox, sirk kloununun qırmızı burnu atılıb. İran prezidenti öz çıxışına başlayan kimi əvvəlcə başında rəngbərəng papaqlı klounlar zala daxil olaraq onun sözünü kəsməyə çalışıblar. Sonra isə klounlardan biri burnunu çıxararq, ona atıb. Polislər klounları zaldan çıxarandan sonra prezidentin İsrailə qarşı ittihamlar səsləndirməsi Fransa və Avropa Birliyi ölkələrinin nümayəndələrinin zalı tərk etməsi ilə nəticələnib. Mahmud Əhmədinejat boş stullara əhəmiyyət vermədən sözünü davam etməyə çalışsa da, jurnalistəlrin etirazı və ucadan zala «rassist» sözlərini qışqırmaları İran prezidentini artıq çıxışında kiçik fasilə verməyə və onu daha tez yekunlaşdırmağa vadar edib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar