SON XƏBƏRLƏR

Ərdoğan azərbaycanlı uşağı seçdi!

2021.10.20, 07:36
Ərdoğan azərbaycanlı uşağı seçdi!

Gunaz.tv
Ərdoğan azərbaycanlı uşağı seçdi! Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə 60 ölkədən olan uşaqları qəbul edib. Lent.az-ın məlumatına görə, tədbirdə İsraildən uşaq iştirak etməyib. 60 ölkədən gələn uşağın iştirak etdiyi qəbulda ən ilginc məqam isə azərbaycanlı uşaqla bağlı olub. Belə ki, Ərdoğan tədbirə azərbaycanlı uşaq Əsmət Əsədullayeva ilə daxil olub (Türkiyə mətbuatı bunu Baş nazirin Azərbaycana jest etməsi kimi dəyərləndirib). Nazirlər Kabinetində gerçəkləşən qəbulda dövlət naziri Mehmet Aydın, təhsil naziri Hüseyin Elik, TRT-nin baş müdiri İbrahim Şahin və “Türk-Telekom”un baş müdiri Paul Doni iştirak edib. Uşaqlara həsr olunan çıxışında Ərdoğan “Dünyanın heç biri yerində uşaqlar ağlamasın, üzülməsin, biz onların rahat yaşamısını istəyirik. Bunun üçün də Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamalın “Yurdda barış, dünyada barış” sözünə bütün dünyada əməl olunması üçün çalışırıq” deyib. Fələstinli uşaq Sammera Masrini “one minute” ifadəsindən istifadə edərək Ərdoğana “Bütün fələstinlilər Sizi çox sevir” deyib. Tailandlı bir uşağın həmin sözü təkrar edərək Baş nazirə “one minute” deməsi isə zaldakıların gülüşünə səbəb olub. Baş nazir çıxışından sonra uşaqları bir-bir təbrik edərək, onlara qələm hədiyyə verib. Yeri gəlmişkən, Meksikadan gələn tələbə Ərdoğana tekila (bu ölkədə istehsal olunan spirtli içki) hədiyyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar