SON XƏBƏRLƏR

İranlı jurnalistin işinə yenidən baxılacaq

2021.10.20, 07:36
İranlı jurnalistin işinə yenidən baxılacaq

Gunaz.tv
İranlı jurnalistin işinə yenidən baxılacaq ABŞ-ın xeyrinə casusluqda ittiham edilərək barəsində 8 il həbs qərarı çıxarılan jurnalist Roksana Sabirinin işinə yenidən baxılacaq. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə İranın baş prokuroru ayətulla Mahmud Haşimi Şəhrudi bəyan edib. Şəhrudi məhkəmənin bu işin bütün aspektlərini nəzərə almalı olduğunu vurğulayıb. Xatırladaq ki, ABŞ və İran vətəndaşı olan Roksana Sabirinin həbsi bütün dünyada narazılıqla qarşılanıb. ABŞ prezidenti Barak Obama İran məhkəməsinin qərarından təəssüfləndiyini və qərarın dəyişdirilməsinə çalışacaqlarını bildirib. Onun bu bəyanatı gözlənilmədən İran prezidenti Mahmud Əhmədinejad tərəfindən dəstəklənib. Əhmədinejad jurnalistin müdafiə hüququnun olduğunu, onu heç kimin pozmaq hüququnun olmadığını bildirərək işə yenidən baxılmasını tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar