SON XƏBƏRLƏR

GüNaZ TV və milli varlığımız

2021.10.20, 07:36
GüNaZ TV və milli varlığımız

Gunaz.tv
GünAzTv və milli varlığımız GünAzTv yayına başladığı gündən etibarən, bizim milli-tarixi statusumuz dəyişmişdir. Milli varlığımız boy göstərmişdir. Özəlliklə cəmiyətin oyanmış kəsimində özgüvən sağlanması baxımından GünAzTv-nin çox böyük rolu oldu. Bir çox yetişmiş, ancaq məchul olan milli şəxsiyətlər bu vəsilə ilə millətlə TV ekranlarında görüşdülər. Millət gördü ki, fars irqçiliyinin doğurduğu bütün qaranlıqlara baxmayaraq, bir çox dəyərli və aydın şəxsiyətlərimiz yetişmişdir. Bütün bunların GünAzTv aracılığı ilə meydana çıxması çox əlamətdar bir hadisə oldu. Əlbəttə ki, bu olayların arxasında əsasən bir tək fərdin başarısı, milli məsələyə olan inancı və onun təşkilatçılıq qabiliyəti durmaqdadır. Obalı bəyin milli-siyasi həyatımızda olması Azərbaycanın həm quzeyi, həm də güneyi üçün bir fürsət oldu. Yeni belə bir örnəklə rastlandıq ki, özünü bəlli bir amaca görə hissən, fikrən və maddi imkan olaraq hazırlamış olan bir fərd necə böyük işlər görə bilərmiş. Yüzlərcə təşkilatların görə bilməyəcəyi işləri bir fərd edə bilirmiş. Obalı bəy nələri başardı milli həyatımızda? Obalı bəyin TV-də izlədiyi politika nəticəsində, sadəcə oyanmış və türk milli kimliyini öz nəfsində bütünləşdirmiş insanlar danışmadılar. Bunların söhbətləri milli hərəkətə təkan versə də, ancaq sadəcə bu təbəqə danışadı TV-də. Fars irqçiliyi tərəfindən beyinləri ələ keçirilmiş kəsimlərin də danışmalarına imkan yaradıldı. Güney Azərbaycanda milli hərəkətin orta dirəklərindən biri olan Rəsulzadəyə çamur atan, beyinləri fars zehniyəti və propaqandası tərəfindən yuyulmuş ədəbsiz adamlar da danışdılar. Bütün bunların nə kimi önəmi ola bilər? GünAzTv-nin bu tutumu nəticəsində İran mühitindəki türklük tablosu açıq aşkar ortaya qoyuldu. Bir tərəfdən milli kimliyi özümsəmiş xalq kütləsinin ehtiyacları dilə gətirildi, digər tərəfdən isə xalq fars irqçiliyinin bizim insanlarımızın beynini nə qədər təsirləndirdiyi haqda bilgi sahibi oldu. Bu da milli mücadiləni real bir politika üzərində oturtmaq üçün çox yardımçı olacaqdır. Yəni milli mübarizənin dilsəl, fəlsəfi, tarixi varoluşunun yanında politik sahəsi də var. Politik sahədə diqqətli davranmaq üçün gerçəkləri olduğu kimi bilmənin çox yararı var. Gerçəklər haqqındakı xəyallarla gerçəkliyi dəyişdirmək mümkün olmaz. Ancaq indi bu yolda mücadilə yürüdən xalq və özəlliklə gələcəyə inanclı olan gənc nəsil, düşüncə və politikada örgütlənmə haqqında real düşünə biləcəklər. Bu üzdən də kimliyimizin tarixi-mədəni, siyasi enini-uzununu bilməmiz açısından GünAzTv-nin proqramları çox yardımçımız oldu. Yazılmaqda və edilməkdə olan bu tarixdə Obalı bəyin fədakarlıqları, zəhmətləri unudulmayacaq, millətimiz üçün örnək təşkil edəcəkdir. qaynaq: www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar