SON XƏBƏRLƏR

Özbəkistan beynəlxalq festivalda “Artsax” adlı qrupla təmsil olunacaq

2021.10.20, 07:36
Özbəkistan beynəlxalq festivalda “Artsax” adlı qrupla təmsil olunacaq

Gunaz.tv
Özbəkistan beynəlxalq festivalda “Artsax” adlı qrupla təmsil olunacaq Düşənbədə keçirilən caz musiqisi festivalında Özbəkistanı “Artsax” qrupu təqdim edəcək. Festival aprelin 30-dan mayın 2-dək davam edəcək. Lent.az-ın Tacikistanın mədəniyyət nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, festivalda Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan da iştirak edəcək. Məlumata görə, festivalda Özbəkistanı “Artsax”, Qırğızıstanı “Solyonıe oreşki”, Türkmənistanı “Arvana”, Azərbaycan isə “Kaspian caz qrup” təmsil edəcək. Konsert Sattorov adına Tacikistan milli konservatoriyasında və Mayakovski adına rus dram teatrında baş tutacaq. Qeyd edək ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqları ərazisində yaratdığı qondarma quruma “Artsax” adı verib. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a festival barədə məlumatsız olduqlarını bildiriblər. İş gününün sonu olduğundan Özbəkistanın Bakıdakı səfirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Lalə Yusifqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar