SON XƏBƏRLƏR

Rəsmi İran Barak Obamanı həbs olunan jurnalist barədə tələsik şərh verməməyə çağırıb

2021.10.20, 07:36
Rəsmi İran Barak Obamanı həbs olunan jurnalist barədə tələsik şərh verməməyə çağırıb

Gunaz.tv
Rəsmi İran Barak Obamanı həbs olunan jurnalist barədə tələsik şərh verməməyə çağırıb Jurnalistin atası isə CNN kanalına verdiyi müsahibədə, qızının işi ilə bağlı məhkəmə araşdırmasının saxta xarakter daşıdığını bildirib İran Amerika prezidenti Barak Obamanı, casusluqda ittiham olunaraq 8 il azadlıqdan məhrum edilmiş ikili vətəndaşlığı olan jurnalistlə bağlı tələsik şərh verməməyə çağırıb. İran tərəfinin fikrincə, bunun üçün Ağ ev rəhbəri ilk olaraq məsələnin təfərrüatlarından xəbərdar olmalıdır. Qeyd edək ki, Tehran Roksana Saberinin işi ilə bağlı çox az fakt açıqlayıb və ilkin olaraq jurnalistin xüsusi icazəsi olmadan fəaliyyət göstərdiyinə görə həbs edildiyini bəyan edib. Daha sonra İran hökuməti 31 yaşlı ikili Amerika və İran vətəndaşlığı olan jurnalist xanımı Amerikanın xeyrinə casusluqda ittiham edərək, cəmi bir gün çəkən,bağlı qapılar arxasında keçirilən məhkəmədə azadlıqdan məhrum edib. Məsələ ilə bağlı hökm ötən həftənin şənbə günü çıxarılıb. Bazar günü bununla bağlı ABŞ prezidenti Barak Obama münasibət açıqlayıb və jurnalistin təhlükəsizliyi və sağlamlığı ilə bağlı böyük narahatçılıq keçirdiyini dilə gətirib. Bu isə öz növbəsində İranın Xarici işlər nazirliyinin əks reaksiyasına səbəb olub. İranın xarici işlər nazirliyinin sözçüsü Həsən Qaşqavi bildirib ki, onun həmçinin İran vətəndaşı olması nəzərə alınacaq və Roksana Saberiyə qarşı İran millətinin nümayəndələrinə tətbiq olunan qayda və qanunlar çərçivəsində münasibət bəslənəcək. Bu işlə bağlı aparılan məhkəmə prosesi qanuna tam uyğun olub və onun vəkillə təmin olunmasına şərait yaradılıb. “Bizim məsləhətimiz ondan ibarətdir ki, mahiyyət açıqlanmayınca heç kim qanuni məhkəmə iddiası barədə şərh verməməlidir. Xoşbəxtlikdən, İranın məhkəmə sistemində hökmdən daha yuxarı məhkəmə instansiyalarına şikayət etmək hüququ da daxil olmaqla hüquqların bərpa olunması mexanizmi öz əksini tapıb və xanım Saberi və onun vəkilinin də belə hüququ var”. Həsən Qaşqavinin sözlərinə görə, Roksana Saberiyə qarşı irəli sürülmüş ittihamlar arasında qanunsuz yolla məlumat və xəbər toplamaq barədə də ittiham var. Bu arada xanım jurnalistin atası Reza Saberi bildirib ki, məhkəmə zamanı onun qızı lazımi müdafiə ilə təmin olunmayıb. Reza Saberi CNN telekanalına müsahibədə qızının işi ilə bağlı məhkəmə araşdırmasının saxta xarakter daşıdığını deyib. İran prezidenti Mahmud Əhmədinejad bazar günü bəyan edib ki, appelyesiya şikayəti verildiyi dövrdə Roksana Saberiyə hərtərəfli müdafiə ilə təmin olunmasına şərait yaradılmalıdır. Çoxlarının fikrincə, İran rəhbərliyi bu məhkəmə prosesinin 30 illik fasilədən sonra ABŞ adminstrasiyası ilə münasibətlərin normallaşması və dialoqun yaranması istiqamətində atılan addımların üzərindən xətt çəkmək istəmədiyini nümayiş etdirib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar