SON XƏBƏRLƏR

Erməni mətbuatının təxribatı

2021.10.20, 07:36
Erməni mətbuatının təxribatı

Gunaz.tv
Erməni mətbuatının təxribatı Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan mətbuatının İrəvanda Əli Babacanla Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin mübahisə etməsi barədə xəbərləri təkzib edib. Bu barədə RİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Məlumatda bildirilir ki, İrəvanda Mahumud Məmmədquliyevlə Əli Babacan arasında faydalı və dostayana bir görüş olub. Erməni mətbuatının bu görüş barədə yazdıqları isə tamamilə cəfəngiyyat və uydurmadır. “Türkiyə və Azərbaycan arasında yaxın və tarixi dostluq və qardaşlıq əlaqələri var. Son zamanlarda, Türkiyə və Azərbaycan əlaqələrinə dair heç bir əsası olmayan məlumatların yayılması hər iki ölkə ictimaiyyətində səhv təəsüratlar yaradır. Bu cür xəbərlərin yayılmasını məsuliyyətsiz bir davranış hesab edirik”, - deyə Türkiyə XİN-nin açıqlamasında bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat kaitibi Elxan paluxov da erməni mətğuatının yazdıqlarını uydurma adlandırıb. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar