SON XƏBƏRLƏR

Türkiyə yenə də Azərbaycanı arxayın edir

2021.10.20, 07:36
Türkiyə yenə də Azərbaycanı arxayın edir

Gunaz.tv
Türkiyə yenə də Azərbaycanı arxayın edir Co Bayden ermənipərəst mövqeyilə tanınır Anadolu agentliyinin verdiyi məlumata görə, Türkiyə hökumətinin sözçüsü Cəmil Çiçək Ankaranın bağlı qapılar arxasında Azərbaycanın maraqlarına zidd addım atmasının qeyri-mümkün olduğunu söyləyib. Cənab Çiçək deyib ki, Türkiyənin Ermənistan və ya başqa ölkə ilə danışıqlar apararkən, Azərbaycanın maraqlarına ziyan vuran hansısa addım atması qeyri-mümkündür. Sözçü bunu kabinet iclasından sonra jurnalistlərlə söhbəti zamanı bildirib. Arminfo agentliyi xəbər verir ki, bazar ertəsi axşam, Amerikanın vitse-prezidenti Co Bayden Ermənistan prezidenti Serj Sarkisyana zəng edib. Ermənistan prezidentinin mətbuat xidməti, söhbət zamanı Türkiyə və Ermənistan arasında gedən siyasi dialqola bağlı məsələlərin müzakirə edildiyini xəbər verib. Aprelin 23-də prezident Sarkisyan Moskvaya səfər edəcək. Bir gün sonra isə, Ermənistanda 1915-ci ildə baş verdiyi iddia edilən qətliam günü qeyd ediləcək. Özünün seçki kampaniyası zamanı, Barak Obama bu hadisələrin ABŞ tərəfindən soyqırım kimi tanınacağını söz vermişdi. Lakin Türkiyədə olarkən, ABŞ prezidenti həmin sözü işlətməməyə üstünlük vermişdi. Bu gün Praqada xarici işlər nazirləri səviyyəsində Avropa İttifaqı və Türkiyə arasında danışıqlar keçiriləcək. Müzakirələrdə söhbət Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair danışıqlar, enerji təhlükəsizliyi, digər regional və beynəlxalq məsələlərdən gedəcək. Danışıqlarda Türkiyənin və Çexiyanın xarici işlər nazirləri, eləcə də, Aİ-nın genişlənmə üzrə komissarı Olli Ren və Türkiyənin baş danışıqçısı Egeman Bağış da iştirak edəcəklər. Bir neçə gün öncə, ABŞ prezidenti Barak Obama Türkiyənin Aİ-ə üzvlüyünə tam dəstək vermişdi. Lakin Fransa başda olmaqla, bir neçə Avropa ölkəsi Türkiyənin quruma daxil olmasına qarşı çıxır.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar