SON XƏBƏRLƏR

RUSİYADA “QARALAR”A HÜCUM BAŞLADI

2021.10.20, 07:36
RUSİYADA “QARALAR”A HÜCUM BAŞLADI

Gunaz.tv
RUSİYADA “QARALAR”A HÜCUM BAŞLADI Hitlerin doğum günü ilə bağlı qatı millətçilər küçələrə çıxıb Dünən xəbər vermişdik ki, aprelin 20-də Rusiyada qatı millətçilərin azərbaycanlılara və digər ölkələrdən gələn miqrantlara qarşı hücumları gözlənilir. Səbəb Hitlerin doğum günü ilə bağlı faşistlərin fəallaşması və küçələrə çıxmağa hazırlaşmasıdır. Rusiya KİV-lərinin xəbərlərində bildirilirdi ki, Moskvada və digər iri şəhərlərdə ifrat sağçı qruplaşmaların üzvləri küçələrə çıxaraq müxtəlif formada Hitlerin doğum günün bayram etməyə hazırlaşır. Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, ekstremist əhval-ruhiyyəli qruplaşmalar icazəsiz çıxışlar və iğtişaşlar planlaşdırır. Bununla bağlı DİN xüsusi plan hazırlayıb və xəbərdarlıq edib ki, istənilən belə cəhdin qarşısı sərt formada alınacaq. Bu gün səhər saat 7-də "qaralar"a hücum başlayıb. İlk belə fakt Moskvada İkinci Mosfilm küçəsindəki tikinti meydançasında qeydə alınıb. Qatı millətçi gənclər Tacikstandan və Özbəkistandan gəlmiş qastarbayterlərə hücum ediblər, kütləvi dava başlayıb. 20-dən artıq millətçi gəncin hücumunın qarşısında tab gətriməyən 15 mühacirin 7-si ağır formada yaralanıb və xəstəxanalara yerləşdirilib. Onları daşımaq üçün hadisə yerinə 12 təcili yardım maşını gəlib. “İnterfaks” agentliyinin dünənki xəbərində bildirilirdi ki, kütləvi iğtişaşların qarşısını almaq üçün DİN Moskvada və digər iri şəhərlərdə xüsusi hazırlıq elan edib, millətçilərin toplaşa biləcəyi yerlər nəzarətə götürülüb, xarici ölkə vətəndaşlarının sıx yaşadığı yerlərdə isə mühafizə gücləndirilib. Belə görünür ki, görülən tədbirlər yetərli olmayıb. Qeyd edək ki, bu, bizim üçün olduqca həyəcandoğurucu məsələdir. Ona görə də prosesin gedişini nəzarətdə saxlayacaq. sizə məlumat verəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar