SON XƏBƏRLƏR

Kayseridə Türkiyə-Ermənistan matçının bu şəhərdə keçirilməməsi üçün imza kampaniyası başlayıb

2021.10.20, 07:36
Kayseridə Türkiyə-Ermənistan matçının bu şəhərdə keçirilməməsi üçün imza kampaniyası başlayıb

Gunaz.tv
Kayseridə Türkiyə-Ermənistan matçının bu şəhərdə keçirilməməsi üçün imza kampaniyası başlayıb Toplanacaq imzalar Türkiyə Böyük Millət Məclisinə və Türkiyə Futbol Federasiyasına təqdim ediləcək Türkiyədə Kayseri Böyükşəhər Bələdiyyəsi Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə-Ermənistan matçının Kayseridə keçirilməsi üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib. Ancaq qeyri hökümət təşkilatları bu matçın Kayseridə keçirilməsinə etiraz ediblər. CNN Türk-ün xəbərinə görə, oktyabrın 14-də keçiriləcək matçın Kayseridə keçirilməsini və Türkiyə-Ermənistan sərhədinin açılmasını istəməyən Türk-Eğitim-Sen QHT-nin Kayseri şöbəsi bununla bağlı imza kampaniyasına başlayıb. Şöbənin sədri Əli İhsan Öztürk, 15 gün ərzində topladıqları imzaları Türkiyə Böyük Millət Məclisinə (TBMM) və Türkiyə Futbol Federasiyasına təqdim edəcəklərini bildirib. Qeyd edək ki, bir müddət əvvəl futbol üzrə Ermənistan və Türkiyə yığma komandalarının cavab oyununun Türkiyə prezidenti Abdulla Gülün doğma şəhərində -Kayseridə keçiriləcəyi barədə məlumatlar yayılmışdı. Xatırladaq ki, Türkiyə və Ermənistan milli komandaları arasında görüş sentyabrın 6-da İrəvanda keçirilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Türkiyə prezidenti Abdulla Gül də Ermənistana gedərək futbol matçını seyr etmişdi. Daha sonra Abdulla Gül Serj Sarkisyanı Türkiyədə keçiriləcək cavab oyuna birgə baxmağa dəvət etmişdi. Oyun 2-0 Türkiyənin xeyrinə nəticələnmişdi./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar