SON XƏBƏRLƏR

İranda tələbələr etiraz aksiyalarına başlayıb

2026.02.22, 20:23
İranda tələbələr etiraz aksiyalarına başlayıb

İranda artıq ikinci gündür müxtəlif şəhərlərdəki universitetlərin tələbələri etiraz aksiyası keçirirlər.  

Gunaz.tv

Fevralın 22-də keçirilən etirazlara Tehran və Məşhəddəki universistetlər də qoşulublar. Sosial şəbəkələrdə yayılan görüntülər hökumət əleyhinə, o cümlədən ölkə rəhbəri Əli Xamənei əleyhinə şüarlar eşidilib. Etirazlarda həmçinin yanvar etirazların dəstək şüarları da səsləndirib. 

Bununla belə bu gün baş verən etirazlarda etirazçı tələbələrlə “Bəsic”i dəstəkləyən tələbələr arasında toqquşma yaşanıb. 

Qeyd edək ki, İranda sosial səbəblərlə etirazlar dekabrın sonlarında başlayıb. Etirazlar pik həddinə yanvarın 9-u 10-da çatıb və hökumət qüvvələri tərəfindən sərt şəkildə yatırılıb. 

Nəticədə minlərlə insan həlak olub. ABŞ Prezidenti Donald Tramp bu həftə etdiyi çıxışında ölü sayının 32 min nəfər olduğunu dilə gətirib, lakin İran hakimiyyəti bu rəqəmin 3 min olduğunu iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar