SON XƏBƏRLƏR

Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib

2026.11.16, 23:27
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib

Gunaz.tv

Noyabrın 15-də, bazar günü gecə saat 02:00 radələrində Rumıniyanın Qara dəniz sahilində, Sulina limanı yaxınlığında ticarət gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Gəminin heyəti arasında 13 Azərbaycan vətəndaşı və bir Türkiyə vətəndaşı olub.

Yayılan məlumatlara görə, bəzi mənbələrdə “Əli Nəcəfov” tankeri kimi təqdim edilən gəmidə ümumilikdə 14 nəfər olub. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Heyət üzvləri mümkün yanğını nəzarətə götürə bilib və hücumdan sonra təxliyə olunmağı gözləyiblər.

Bu hadisə həmin gecə Sulina kanalı yaxınlığında üç ticarət gəmisinə qarşı həyata keçirilən pilotsuz aparat hücumlarının bir hissəsi olub. “Evia Petrol V” və “Marsol” gəmiləri də hücuma məruz qalan gəmilər arasında yer alıb.

Rumıniya rəsmiləri hadisələr zamanı xəsarət alan olmadığını bildiriblər. Vəziyyəti araşdırmaq üçün ölkənin F-16 qırıcıları da havaya qaldırılıb. İndiyədək heç bir tərəf hücumlara görə məsuliyyəti üzərinə götürməyib.

Hücumlar Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Qara dənizdə gərginliyin artdığı bir vaxtda baş verib.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar