SON XƏBƏRLƏR

İran buna görə bizə kiberhücum etdi- Baro

2026.11.16, 16:16
İran buna görə bizə kiberhücum etdi- Baro

Fransa, ehtimal ki, mağazaların soyutma sistemlərinə kiberhücum hədəfi olub, çünki Paris, həmişə İran xalqını İslam Respublikasının repressiyalarına qarşı dəstəkləyib.

Gunaz.tv

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Baro deyib.

O, hücuma görə İnqilab Keşikçiləri Korpusunu məsuliyyət daşıdığını bildirib və Fransanın ölkəyə qarşı geniş yayılmış kiberhücumun əsas günahkarları ilə bağlı dəlilləri özündə əks etdirən sənədləri Avropa Birliyinə təqdim etdiyini və bir ay ərzində İrana qarşı sanksiyaların tətbiq edilməsini tələb etdiyini bildirib.

Baro, əlavə edib ki, Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə üzv dövlətlərin çox böyük əksəriyyətinin dəstəyini alıb və təklif olunan sanksiyaların 14 dekabrda keçiriləcək xarici işlər nazirlərinin növbəti görüşündə təsdiqlənəcəyinə ümid edir.

Fransa xarici işlər naziri həmçinin ötən ilin yanvar ayında etirazçıların öldürülməsinə toxunaraq vurğulayıb ki, İnqilab Keşikçiləri Korpusunun iranlılara qarşı törətdiyi geniş yayılmış cinayətləri heç kim unuda bilməz.

Baro əlavə olaraq bildirib ki, Fransa 25 noyabrda Parisdəki Ərəb Dünyası İnstitutunda iranlıların səsinə yönəlmiş bir proqrama ev sahibliyi edəcək.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar