SON XƏBƏRLƏR

Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir

2026.11.16, 21:30
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir

Gunaz.tv

2025-cü ilin statistik məlumatlarına əsasən, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində şəhər ailələrinin ümumi xərcləri içərisində mənzil xərclərinin payı 37,8 faizə çatıb. Bu göstəriciyə görə vilayət ölkə üzrə yeddinci yerdə qərarlaşıb.

Məlumatlar göstərir ki, Qərbi Azərbaycanda şəhər ailələrinin xərclərinin üçdə birindən çoxu mənzillə bağlı ehtiyaclara sərf olunur. Bu vəziyyət, xüsusilə Urmiya sakinləri də daxil olmaqla, şəhər əhalisinin üzləşdiyi mənzil xərcləri təzyiqini əks etdirir.

Hesabata görə, mənzil xərclərinin ailə büdcəsindəki payına görə Tehran birinci yerdədir. Əlburz vilayəti dördüncü, Qəzvin isə altıncı yerdə qərarlaşıb.

Mənzil xərclərinin ümumi ailə xərclərindəki payı ailənin il ərzində xərclədiyi pulun nə qədərinin mənzil ehtiyaclarına ayrıldığını göstərir. Qərbi Azərbaycanda bu göstəricinin 37,8 faiz olması hər 100 tümənlik xərcləmənin orta hesabla 37,8 tüməninin mənzilə sərf edilməsi deməkdir.

Bu xərclərə əsasən kirayə haqqı, su, elektrik, qaz və digər kommunal xidmətlər, eləcə də mənzilin saxlanılması və təmiri xərcləri daxildir.

Mənzil xərclərinin artması ailə büdcəsinin böyük hissəsinin yaşayış yeri ilə bağlı ehtiyaclara yönəlməsinə, ərzaq, səhiyyə, təhsil və digər zəruri ehtiyaclar üçün daha az vəsait qalmasına səbəb olur.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar