SON XƏBƏRLƏR

ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT

2026.11.16, 11:22
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT

ABŞ və İsrail hərbi rəsmiləri İrana qarşı yeni hücum planları hazırlayıblar. Bu hücumların əsas hədəflərinin enerji infrastrukturu və ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan digər obyektlər olacağı ehtimal edilir.

Gunaz.tv

Bu barədə “The New York Times” ABŞ rəsmilərinə və müzakirələrdən məlumatlı digər mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu planlar Vaşinqton və Tehran arasında bir neçə aydır davam edən hərbi qarşıdurma və uzunmüddətli sülh razılaşmasının əldə olunması istiqamətində irəliləyişin olmaması fonunda hazırlanıb.

Nəşr həmçinin vurğulayıb ki, ABŞ və İsrail rəsmiləri mümkün hücumların nəticələrini qiymətləndirərkən İranın Yaxın Şərq boyunca raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirməsi riskini də nəzərə almalıdırlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar