SON XƏBƏRLƏR

İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir

2026.11.20, 08:32
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir

İranın SEPAH-e-Qüds qüvvələri İraqdakı nüfuzundan geri çəkilirmi?

Gunaz.tv

İranın Qüds qüvvələrinə bağlı silahlı "Kətaib Hizbullah" qrupunun İraqın Curf əs-Səxr bölgəsindən mərhələli şəkildə çıxarılması barədə razılaşma əldə olunub. Qrupun bir ay ərzində bölgəni tərk etməsi gözlənilir.

Məlumata görə, qrupun çıxarılması mərhələli şəkildə və İraq təhlükəsizlik qüvvələrinin Curf əs-Səxrda yerləşdirilməsi ilə paralel həyata keçiriləcək.

Curf əs-Səxr (Jurf al-Sakhar) İraqın Babil vilayətində, Bağdadın təxminən 60 kilometr cənub-qərbində yerləşir.

Bu bölgə 2014-cü ildə İŞİD-dən geri alındıqdan sonra faktiki olaraq "Kətaib Hizbullah" qrupunun nəzarətinə keçib və təşkilatın İraqdakı əsas bazalarından birinə çevrilib.

Razılaşma İraqın Baş naziri Əli əz-Zeydinin silahların dövlətin əlində cəmləşdirilməsinə dair planı çərçivəsində həyata keçirilir.

İraq rəsmiləri daha əvvəl "Kətaib Hizbullah"ı neft qaçaqmalçılığı yolu ilə yüz milyonlarla dollar gəlir əldə etməkdə ittiham etmişdilər.

Təhlükəsizlik və neft sektorunun rəsmilərinin bildirdiyinə görə, bu şəbəkə 2021-ci ildən bəzi dövlət məmurlarının iştirakı ilə fəaliyyət göstərib. Araşdırmalar nəticəsində doqquz yüksək vəzifəli məmur vəzifəsindən kənarlaşdırılıb.


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar