SON XƏBƏRLƏR

İran ABŞ-ın böyük hərbi bazasını hədələdi

2026.02.22, 22:00
İran ABŞ-ın böyük hərbi bazasını hədələdi

Vaşinqtonda “tammiqyaslı müharibə” variantının müzakirə olunduğu bir vaxtda İran ABŞ-ı sərt şəkildə hədələyib.

Gunaz.tv

Amerika mediasının yaydığı məlumata görə, İranın dövlət mediası bölgədə yerləşən ABŞ-a məxsus mühüm hərbi bazanın raket hücumu ilə vurulmasını əks etdirən təbliğat xarakterli video yayımlayıb.

Süni intellekt texnologiyası ilə hazırlanmış videoda İordaniyadakı “Muwaffaq Salti” hava bazası hədəf kimi göstərilir, F-35 qırıcıları, yanacaqdaşıyan təyyarələr və pilotsuz uçuş aparatları simulyasiya edilmiş zərbələrlə vurulur.

Günaz TV-nin xəbərinə görə, bu cür hədələyici videolar güc nümayişindən daha çox, İran hakimiyyətinin yuxarı eşelonlarında artan gərginlik və narahatlığın göstəricisi kimi qiymətləndirilir. Güney Azərbaycan siyasi dairələrinin fikrincə, xarici böhranların daxili təbliğat alətinə çevrilməsi ölkə daxilindəki dərin iqtisadi problemlərdən və geniş narazılıqlardan diqqəti yayındırmaq cəhdidir.

Eyni zamanda, hərbi gərginliyin artması regionda sabitliyi daha da sarsıda bilər. Müşahidəçilər hesab edirlər ki, Tehranın qarşıdurma yönlü siyasəti təkcə İranın beynəlxalq mövqeyini zəiflətmir, həm də Yaxın Şərqi daha riskli mərhələyə sürükləyir.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar