SON XƏBƏRLƏR

Tehran rejimi ermənilərə süni nəfəs verir

2021.10.20, 07:36
Tehran rejimi ermənilərə süni nəfəs verir

Gunaz.tv
Tehran rejimi ermənilərə süni nəfəs verir Sarkisyanın İrandan qazlı bəyanatlar verməsi səbəbsiz deyilmiş Cənubi Qafqazla bağlı maraqlı proseslərin getdiyi, bölgənin qlobal miqyasda diqqət mərkəzində olduğu bir məqamda Ermənistan prezidenti Serj Sarkisyanın İrana həyata keçirdiyi rəsmi səfəri də bəzi istiqamətlərlə yaddaqalan oldu. Sarkisyan səfəri boyunca İİR Prezidenti Mahmud Əhmədinejad, Ali Dini Lider Əli Xamneyi, parlamentin spikeri Əli Laricani, milli təhlükəsizlik şurasının katibi Səid Cəlili və digər rəsmi şəxslərlə, eyni zamanda İranda yaşayan Ermənilərlə görüşlər keçirdi. Sarkisyanı rəsmi səfərində Ermənistanın xarici işlər, enerji və təbii sərvətlər, nəqliyyat və informasiya, iqtisadiyyat və diaspor nazirləri, Ermənistan Mərkəzi Bankının sədri və deputatlar müşayiət edirdi. Səfərin ikinci günü olan Aprelin 14-də iki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığa dair aşağıdakı sahələrdə 8 sənəd imzalandı: 1. Dəmir yolu nəqliyyatı üzrə əməkdaşlıq və İran İslam Respublikasından Ermənistana birbaşa dəmir yolu xəttinin çəkilməsi; 2. Araz Su Elektrik Stansiyasının tikintisi üçün kapital qoyuluşu; 3. Azad ticarət rejiminin yaradılması; 4. Enerji sahəsində əməkdaşlıq; 5. Bank fəaliyyətinə nəzarət; 6. Neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilişi; 7. Sığorta sahəsində əməkdaşlıq; 8. İxracatın genişlənməsi. Səfərlə bağlı xüsusi diqqət çəkən məqamlar arasında Sarkisyan ilə Əhmədinejad arasındakı xüsusi səmimiyyət, liderlərin 1 saatlıq qapalı görüşü və görüşdən sonra verilən açıqlamalardakı bəzi nüanslar idi. Sarkisyan açıqlamasında “İranın həmişə Ermənistana dar günlərdə kömək etdiyini, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı və ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələr zamanı İran Ermənistandan dəstəyini əsirgəmədiyini” xüsusi vurğulayaraq, İrana təşəkkürünü bildirib. Sarkisyan, daha sonra gerçəkləşdirdiyi İranda yaşayan Ermənilərlə Tehrandakı “Ararat” idman kompleksində görüşü zamanı isə daha da cəsarətlənərək “Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağını” bəyan edib. Bilindiyi kimi, qonşularına qarşı ərazi iddiaları və işğalçılıq siyasətinə görə Ermənistan əsasən təcrid vəziyyətindədir. Xüsusilə Azərbaycan ərazilərini işğal etdiyi 1990-cı illərin əvvəllərində və 2008-ci ilin Avqust hadisələri zamanı Ermənistan təcriddən daha çox əziyyət çəkib. Hər ikisində Ermənistanın öz siyasətinə yenidən baxması və bütün qonşuları ilə normal münasibətlər qurması üçün siyasətini dəyişdirməsi şansı yaranıb. Fəqət, Ermənistan üçün bir anda açılan “həyat qapıları” bu prosesə mane olub. 2008-ci ilin Avqustuna qədər təcridi daha çox hiss edən və bu hadisələr zamanı “boğulmaq üzrə olan” Ermənistanda müxtəlif təbəqələr siyasi kursu kifayət qədər sərt şəkildə tənqid etməyə başlamışdılar ki, İranın açıq köməyi və Türkiyə-Ermənistan sərhəddinin açılacağına dair iddialar işğalçı dövlətin imdadına yetişdi. Sarkisyanın son səfəri zamanı İranın köməyini xüsusi vurğulaması və bundan cəsarətlənərək işğal altında tutduqları Azərbaycan torpaqlarını azad etməyəcəklərinə dair bəyanatı İranın həm daim vurğuladığı “İslam qardaşlığı” pirinsipi ilə, həm də “sülh və ədalət tarafdarı” olmaqla heç cür uyğun gəlmir. İranın bu siyasətinin sadəcə qonşu Türk və Müsəlman dövlətlərdə yox, bu ölkənin daxilində də xoş qarşılanmadığı bilinir. Çox güman ki, İran mətbuatının Sarkisyanın səfərini geniş işıqlandırmaması da bu mənada ictimaiyyəti, xüsusilə də Azərbaycanın maraqlarının qorunmasında daha həssas olan Türk əhalini mümkün qədər qıcıqlandırmamaq məqsədindən irəli gəlir. İran-Ermənistan münasibətlərinin İran-Azərbaycan münasibətlərində və şıdan prezident seçkisinin də gəldiyi nəzərə alınarsa İran daxilində də müəyyən rezonanslara səbəb olacağını gözləmək olar. Araz Tədqiqatlar Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar