SON XƏBƏRLƏR

İranda seçki öncəsi insan hüquqlari və azadlıqlar problemi -2 Araz ASLANLI

2021.10.20, 07:36
İranda seçki öncəsi insan hüquqlari və azadlıqlar problemi -2 Araz ASLANLI

Gunaz.tv
İran rejiminin xüsusən Azərbaycanlı tələbələr və incəsənət adamları üzərindəki təzyiqlərinin gücləndirdiyi və ciddi bir mədəni assimilasiya kursu izlədiyi müşahidə edilməkdir. Cəmiyyətin ən dinamik və nisbətən daha şüurlu təbəqlərindən olan tələbələrə qarşı istifadə edilən metodlar içərisində tələbə hüququnun əngəllənməsi və tələbə jurnallarının bağlanması xüsusi diqqət cəlb etməkdədir. Beləki, son illərdə Azərbaycanlı universitet tələbə fəalları bir çox təyziqlərlə qarşılaşmaqda və dəfələrlə intizam komitələrinə çağırılaraq təhsil hüququndan məhrum edilməkdədirlər. İran Təhsil Nazirliyində universitetlər miqyasında Azərbaycanlı fəal tələbələrin siyahısının tutulduğu və bu tələbələrin magistr təhsili almalarının əngəlləndiyi bilinməkdədir. Bu cəzanın verildiyi son nümunələrdən birinə etiraz edən Tehran Universitetinin tələbəsi Qədir Qiyaninin şikayəti isə İdarə Ədalət Divanı və Məclis Komissiyası tərəfindan rədd edilmişdir. Qiyani 2009-cu ildə beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsinə daxil olmuş, ancaq onun universitetdə qeydiyyatdan keçməsinə maneə törədilmişdir. Qiyaninin şikayəti üzərinə Təhsil Nazirliyi ona mədəni fəaliyyətləri səbəbilə qadağan siyahısına salındığını və magist təhsilindən kənarlaşdırıldığını bildirmişdir. Xatırladaq ki, daha əvvəl də Təbriz Universitetində Emin İmami, Nahid Babazadə, Səməd Paşayi və Nadir Mehdi Qarabağ adlı Azərbaycanlı mədəni fəallar da magistratura təhsili almaqdan edilmişdilər. Son illərdə İrandakı universitetlərdə mədəni fəaliyyətlərə müxtəlif maneələr qoyulmaqdadır. Bu prosesdə tələbələrə qarşı təzyiq metodları arasında tələbə jurnallarının bağlanılması də mühüm bir vasitə kimi istifadə edilməkdədir. Belə ki, son dövrlərdə bu cür jurnalların İran rejimi tərəfindən bağlanmasına dair xəbərlər sıxlaşmışdır. Bu çərçivədə Urmiya Azad Universitetində Əmir Qəhrəmaninin redaktorluğu ilə Azərbaycan Türkcəsi və Farsca olaraq hazırlanan “Yağış” jurnalı, hələ ilk sayısı yayımlanmadan əvvəl universitetin mədəniyyət şurası tərəfindan bağlanmışdır. Jurnalın redaktorunun bildirdiyinə görə, Urmiya Azad Universiteti Mədəniyyət Şurası, daha əvvəl universitetdə eyni adda başqa bir tələbə jurnalının yayımının “PanTürkizm fəaliyyəti” səbəbi ilə dayandırılmasını əsas göstərərək jurnalı bağlamışdır. Jurnalın bağlanma qərarı yazıların yayımdan əvvəl universitetin mədəniyyət şurasına təqdim edildiyi zaman verilmişdir. Xatırladaq ki, tələbə jurnallarının redaktorları jurnal yayımlanmadan öncə hazırlanan yazıları universitet səlahiyyətlilərinə verərək təsdiqlətmək məcburiyyətindədirlər. Urmuniyə numunəsi ilk deyil. Keçən aylarda müxtəlif universitetlərin Azərbaycanlı tələbələri tərəfindan yayımlanan Ulus, Nəsim, Araz, Ölük, Oyanış, Səttar Xan, Kimlik, Yoldaş, Aydın Gələcək, Qıpcaq, Yarpaq, Teləngər, Çənlibel, Yaşıl Yol, Ana Yurd, Səhər, Açıq söz, Sayan, Bulud, Hələc və İsəlay jurnallarının yayınları universitet idarəçilərinin qərarı ilə dayandırılmışdır. Tələbə gəncləri isə bu qərarların bağlamaların hüquqi olmadıqlarını vurqulamqdadırlar. Belə ki, Universitetlərin Tələbə Yayımlarından Məsul Qurumun bildirişlərində heç bir rəsmi və ya sivil strukturun, tələbə yayımlarında çıxacaq yazı və sənədləri yoxlamağa və senzura qoymağa haqqı olmadığı bildirilmişdir. Tehran rejiminin təzyiq müxanizmlərı içərisində mədəniyət assimilasiyasının da geniş yayıldığı yaxşı məlumdur. Son dövrlərdə bu proses özünü müxtəlif ölçülü ticarət obyektlərinin Türkcə adlarının dəyişdirilməsi şəklində göstərməkdədir. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə son aylarda İran Azərbaycanının bir çox şəhərində adları türkcə olan məkanlara qarşı məhdudiyyətlər artmaqda və bu məkanların bir çoxu tək bir xəbərdarlıqdan sonra bağlanmaqdadır. Bunun ən son numünələrindən biri isə Azərbaycanlı fəal Abbas Lisaninin başına gələnlərdir. Belə ki, 19 Mart günü Lisaniyə Ərdəbil əyalətinin təhlükəsizlik şurası tərəfindan göndərilən bir xəbərdarlıq məktubu ilə dükanın Türkcə adının dəyişdirilməsi tələb edildi. Göndərilən xəbərdarlıqda Lisaninin sahibi olduğu dükanın adının 21 Mart gününə qədər dəyişdirilmədiyi halda, asayiş keşikçilərinin bu dükanı bağlayacaqları bildirildi. Xatırladaq ki, İranda Azərbayanlıların ən tanınmış fəallarından biri kimi 30 aylıq həbs cəzası başa çatdıqdan sonra 29 oktyabr 2008-ci ildə Yəzd həbsxanasından azad edilmiş Abbas Lisaninin sahibi olduğu dükan adını “Koroğlu” dastanındakı “Çənlibel” qalasından almaqdadadır. Yenə yerli mənbələrin bildirdiyinə görə, Qərbi Azərbaycan əyalətinin Negedə (Sulduz) şəhərində də Türkcə adı olan mağaza və dükanlar asayiş keşikçiləri tərəfindan bağlanmışdır. Son olaraq Afşin Poyəndənin sahibi olduğu gözəllik salonu bağlanmış və dükanın fəaliyyət göstərməsinə verilən icazə ləvğ edilmişdir. Eyni şəhərdə Azərbaycan musiqisi çalınan bir çox taksi sürücülərinin dövlət tərəfindən verilən sürücülük vəsiqələri ləvğ edilmişdir. Xatırladaq ki, İran rejimi bu təyziqləri keçən il Azərbaycanlı millət vəkillərinin etirazları nəticəsində “Mağaza Adlarında və Lövhələrdə Türkcə Ad İstifadə Etmə Qadağası”na dair qanunun ləvğ edilməsinə baxmayaraq tətbiq edilməkdədir. Mədəniyyət asimilasyonu prosesində İrandakı Azərbaycan Türkü sənətkarlara qarşı təyziq də xüsusi yer tutmaqdadır. Belə ki, fəaliyətləri ilə Azərbaycanlıların milli haqlarına dəstək verən bu incəsənət adamlarının təqib ediılməkdə və müxtəlif şəkillərdə cəzalandırılmaqdadır. Belələrindən biri olan Təbrizdə tanınmış musiqiçi Həsən Dəmirçinin müdiri olduğu “Azərbaycan” musiqi məktəbi 11 Mart 2009-cu ildə asayiş keşikçiləri tərəfindan bağlanmışdır. Xatirladq ki, daha öncə məktəbin idarəçiləri Şərqi Azərbaycan əyaləti Təhlükəsizlik İdarəsi və Təbriz şəhərinin Ettelaat məsnubları tərəfindan bir neçə dəfə təhsil fəaliyyətlərini dayandırmaları ilə təhdid edilmiş və məktəb bir neçə dəfə bağlanmışdır. Məktəbin fəaliyyəti son olaraq Həsən Dəmirçiinin 2006-cı ilin may ayında İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişləri zamanı saxlanılması və bir il həbs cəzası verilməsi ilə dayanmışdı. Məktəb Dəmirçinin azad edilməsinən sonra Ədalət Məhkəməsinin verdiyi icazə ilə təkrar açılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar