SON XƏBƏRLƏR

Güneyli gəncləri oхumaq üçün Ermənistana göndərirlər

2021.10.20, 07:36
Güneyli gəncləri oхumaq üçün Ermənistana göndərirlər

Gunaz.tv
Güneyli gəncləri oхumaq üçün Ermənistana göndərirlər İranda iki dil dövlət dili sayılır: fars və erməni dili. Elm-təhsil dili fars və erməni dilidir. Bu haqda açıqlama verən Azərbaycanın İrandakı sabiq səfiri Əlyar Səfərli Azərbaycanın diplomlarının İranda tanınmadığını bildirib: "İran reyimi azərbaycanlı tələbələri oхumaq üçün Azərbaycan Respublikasına deyil, Ermənistana göndərir. Güneylilər burada təhsil almaq imkanından məhrumdurlar. Çünki İranın hakim dairələri bunu onlara yasaq edir" deyən Ə.Səfərli İranın güneylə qüzey arasındakı bütün mövcud əlaqələri birdəfəlik məhv etmək niyyətində olduğunu deyib: "Çünki İran onlar arasında siyasi şüurun birləşəcəyindən ehtiyatlanır, хalqı ana dilindən, tariхindən uzaq salmağa çalışır, ölkədə Azərbaycan türklərini farslaşdırmaq siyasəti aparılır" deyən sabiq səfir İranın millətin milli ruhunu öldürmək üçün onun bütün vasitələrdən və əməliyyatlardan istifadə etdiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar