SON XƏBƏRLƏR

Həsən Sultanoğlu: "Qarsa gələn ermənilər burada erməni izləri axtarırlar"

2021.10.20, 07:36
Həsən Sultanoğlu: "Qarsa gələn ermənilər burada erməni izləri axtarırlar"

Gunaz.tv
"Ermənistandan Qarsa dəstə-dəstə adamlar gəlir" Həsən Sultanoğlu: "Qarsa gələn ermənilər burada erməni izləri axtarırlar" Xəbər verdiyimiz kimi, Türkiyənin "Yeniçağ" qəzetinin yazarları bir gün öncə Ermənistan sərhədinin yaxınlığında Azərbaycanla həmrəylik nümayəiş etdirmək üçün etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları - "Yeniçağ" İcra Qurulu Başqanı Əhəməd Yabuloğlu, qəzetin yazarları Arslan Bulut, Sadi Somuncuoğlu, İsrafil Kumbasar, Selcan Taşçı, Özcan Yeniçeri, Muhiddin Nalbantoğlu, Sami Yavrucuk, Selim Demirağ, Cazim Gürbüz, Şuayib Özcan, Remzi Özdemir ve Mustafa Aslan daha sonra Azərbaycanın Qarsdakı baş konsulu Həsən Sultanoğlu (Zeynalov) ilə görüşüblər. Baş konsul "Yeniçağ" yazarlarına onların gəlişindən məmnunluq duyduğunu bildirib. "Yeniçağ" qazetinin yazarı Əhməd Yabuloğlu öz növbəsində Ermənistanla sərhədin açılmasıyla ilgili müzakirələrə son verilməsi, ya da bununla bağlı konkret mövqe sərgilənməsi üçün etiraz aksiyası keçirdiklərini vurğulayıb: "Qarabağdakı işğal qalxmadan sərhədin açılmasıqna qarşı olduğumuzu hər addımda dilə gətiririk. Bunun üçün də sizinlə görüşə gəlmişik". Qardaşa qarşı xəyanət olur... Tanınmış yazar Mustafa Aslan dostun dosta qarşı yanlışlığına ad verməyin mümkünlüyünü ifadə edib: "Dostun dosta qarşı yanlışlığının adına xəta deyilir. Qardaşın qardaşa yanlışlığının adı isə yalnız xəyanət olur. Biz, Türk milləti olarak Azərbaycandakı qardaşlarımızın, soydaşlarımızın bütün ağrılarını hiss edirik. Sizin saçınızın bir telindən bilə vaz geçmərik". Sahib çıxmadıq... Qarsa gəldikləri zaman Giziroğlu Mustafa Bəyin kəndindən keçdiklərini xatırladan Arslan Bulut Giziroğlu Mustafa Bəyin, Koroğlu dastanının bu ərazilərə, xüsusilə də Azərbaycan Türklərinə məxsus olduğunu bəyan edib: "Bu torpaqların tarixi möhürü bizim əlimizdədir, ancaq görünür biz buralara yetərli qədər sahib çıxa bilməmişik". Ermənilər "Qars bizim şəhrimizdir" deyir Kars Başkonsul Həsən Sultanoğlu "Yeniçağ" yazarlarının atdığı addımın ona güc verdiyini söyləyib və qeyd edib ki, hələ 2002-ci ildən başlayaraq Ermənistanla sərhədləri barədə müzakirələr gedir. Ermənistandan Qarsa qrup halında gələnlər olduğunu, sərhədin isə faktik olaraq açıq olduğunu dilə gətirən Həsən Sultanoğlu Qarsa gələn ermənilərdən yaxşı niyyət görmədiklərini vurğulayıb: "Gələnlərin əlində xəritələr var, erməni izləri axtarırlar. Hər gələn erməni təbliğatçısı kimi gəlir. Burada utanmadan, qarslıların gözünün içinə baxaraq, "bura bizim şəhərimiz, Ani bizim şəhərimiz" deyirlər. Ermənilər Türkiyə sərhədini tanıyırlar ki, sərhədi açmaq üçün mücadilə də aparırlar? Ermənilər üçün mövcud olmayan sərhəd necə açılacaq? Soyqırımı qəbul etmək Türkiyəni bölmək deməkdir. Sərhədi açmaq, soyqırımı etmək məsələsində və Qarabağda yalnız qaldıq. Sonrası nə olacaq? Biz harada yaşayacağıq?"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar