SON XƏBƏRLƏR

Dmitri Medvedyev: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər şeydən əvvəl beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in...

2021.10.20, 07:36
Dmitri Medvedyev: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər şeydən əvvəl beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in...

Gunaz.tv
Dmitri Medvedyev: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər şeydən əvvəl beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in qətnamələrinə əsaslanmaq lazımdır” “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda maksimum tərəqqi əldə olunmasını arzulayır”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiya prezidenti Dmitri Medvedyev səsləndirib: “Mənim fikrimcə, Azərbaycan və Ermənistan prezidentləri arasında mütəmadi görüşlər çox vacibdir. Rusiya öz mandatını həyata keçirməyə hazırdır. Biz həmişə bu prosesə dəstək verməyə çalışırıq. Bu kimi təmaslar davam etsə, əminəm ki, hazırlanmış təklifləri göz önünə alaraq bu münaqişəni hər iki xalqın maraqlarına uyğun nizamlamaq olar. Ola bilsin ki, yeni ideyalar da ortaya çıxsın. Rusiya bu çətin lakin, həlli mümkün olan münaqişənin nizamlanması üçün özündən asılı olan hər şeyi etməyə hazırdır. Fikrimcə, tərəflər bir-birinin arqumentlərini dinləməlidir. Perspektivlər var və hər şeydən əvvəl beynəlxalq hüquq normalarına və BMT-nin, ATƏT-in bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə əsaslanmaq lazımdır. Buna görə də düşünürəm ki, irəliləyiş var. Əsas odur ki, bu proseslərə üçüncü dərəcəli, lakin bəzən çox-çox mürəkkəb olan faktorlar təsir eləməsin ki, tərəflər təmkin nümayiş etdirərək perspektivləri görsünlər”.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar