SON XƏBƏRLƏR

Sərhədlər açılsa, Dağlıq Qarabağ azad edilənə qədər ermənilər İğdıra buraxılmayacaq

2021.10.20, 07:36
Sərhədlər açılsa, Dağlıq Qarabağ azad edilənə qədər ermənilər İğdıra buraxılmayacaq

Gunaz.tv
İğdır şəhərində bəzi siyasi partiya nümayəndələri və qeyri-hökumət təşkilatları Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı ortaq bəyanat yayıb Türkiyənin İğdır şəhərində bəzi siyasi partiya nümayəndələri və qeyri-hökumət təşkilatları Türkiyə-Ermənistan sərhəddlərinin açılmasına qarşı ortaq bəyanat yayıb. Bəyanatda, ermənilərin 1918-ci ildə bölgədə törətdiyi soyqırım izlərinin hələ də olduğu və o günlərin şahidlərinin yaşadığı bildirilir. Bundan başqa bəyanatda Xocalı soyqırımından, müxtəlif vaxtlarda "Asala" terror təşkilatı tərəfindən şəhid edilən türk diplomatlardan da bəhs edilib və ermənilərin sərhədi açmaq istəməsini üzsüzlük olduğu bildirilib. İğdırlılar bəyanatda onların yerinə başqalarının qərar verməsinə də sərt reaksiya göstəriblər: “Bu yerlərdə biz yaşayırıq. Ermənilər bizim babalarımızı şəhid edib. Ankarada, Amerikada və ya Avropada oturanlar bizim fikrimizi soruşmadan yerimizə qərar verə bilməzlər. Sərhəddə yaşayan bizlər, sərhədin açılması üçün qərar verilsə belə Qarabağdan çıxmadıqları müddətdə erməniləri İğdıra buraxmayacağıq!”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar