SON XƏBƏRLƏR

Süleyman Dəmirəl: «Türkiyə Azərbaycanın mənfəətinə xələl gətirəcək addım atmaz»

2021.10.20, 07:36
Süleyman Dəmirəl: «Türkiyə Azərbaycanın mənfəətinə xələl gətirəcək addım atmaz»

Gunaz.tv
Süleyman Dəmirəl: «Türkiyə Azərbaycanın mənfəətinə xələl gətirəcək addım atmaz» «Türkiyənin Ermənistanla razılığa gələrkən Azərbaycana zərər verməməsi vicdani, insani və hüquqi məsuliyyətdir» Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüsləri ilə bağlı bəzi xəbərdarlıqlar edib. «Cümhuriyət» qəzetinə müsahibə verən Süleyman Dəmirəl deyib ki, dünyada Türkiyə mövzusunda üstünlük erməni diasporunun əlindədir: «Türkiyə Azərbaycanı rahatsız edəcək, onun mənfəətinə xələl gətirəcək addım atmaz. Belə bir şeyi düşünmək də olmaz. Digər tərəfdən, Türkiyə Ermənistanla bu günkü durumunu da davam etdirə bilməz. Küsülülüklərə, ziddiyyətlərə son qoyulmalıdır». İki tərəf üçün də məqbul qərarların qəbul edilməli olduğunu bildirən eks-prezident deyib ki, Türkiyə sırf uzlaşma xatirinə bəzi maraqlarından geri çəkilə bilməz: «Anlaşılmazlığı davam etdirən tərəflərdən yalnız biri deyil. Ermənistan, Azərbaycan torpaqlarını işğal edib. Bu, Azərbaycanda bir çox faciələrə səbəb olub. Türkiyənin Ermənistanla razılığa gələrkən Azərbaycana zərər verməməsi vicdani, insani və hüquqi məsuliyyətdir». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar