SON XƏBƏRLƏR

“HÜRRİYET”DƏN AZƏRBAYCANA DAİR “SOS” MANŞET

2021.10.20, 07:36
“HÜRRİYET”DƏN AZƏRBAYCANA DAİR “SOS” MANŞET

Gunaz.tv
“HÜRRİYET”DƏN AZƏRBAYCANA DAİR “SOS” MANŞET Qəzet “Nabukko”nun təhlükədə olduğunu, Azərbaycanın Rusiyaya istiqamət götürdüyünü yazıb Türkiyədə çıxan “Hürriyet” qəzetinin bügünkü sayında belə bir manşet xəbəri verilib: “Aliyev rotayı Rusyaya çevirdi”. Yazının alt başlığı da maraqlıdır: ““Karabağ sorununu çöz, enerjiyi al” formulu”. Məqalədə göstərilir ki, Rusiyada rəsmi təmaslara başlayan Azərbaycan lideri İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedyevlə keçirdiyi görüşdə Moskovaya belə bir mesaj verib: “Qarabağ problemin həll et, enerjini al”. Daha sonra “Hürriyet” öz oxucularına Moskvada keçirilən görüşün təfərrüatlarını, prezidentlərin çıxışlarından fraqmentləri verir (bunları biz də yazmışıq), Azərbaycanın Rusiya ilə bu cür yaxınlaşmasından əndişə duyduğunu gizlətmir. Bu çərçivədə qəzet ARDNŞ-lə Rusiyanın “Qazprom” şirkəti arasında görüşlərin davam etməsindən, Azərbaycanın öz neft ehtiyatlarının daha artıq bir hissəsini Qara dəniz sahillərindəki Novorosiysk terminalindan nəql etməyi düşündüyündən bəhs edir. Türkiyə qəzeti “Şahdəniz-2” yatağından hasil edilən bütün qazın Rusiyaya satılması barədə razılaşmanı, eləcə də Avropa İttifaqının “Nabukko” layihəsinə alternativ olan qaz kəmərinin Rusiyadan keçirilməsinə dair niyyət protokoli imzalamasını Əliyevin Rusiyaya “Qarabağ problemini həll et, enerjini al”mesajı hesab edir. Qəzetin fikrincə, artıq “Nabukko” təhlükədədir. Qeyd: Birinci başlıqdakı “rota” sözü Anadolu ləhcəsində hərbi birləşməni yox, istiqaməti ifadə edir. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar