SON XƏBƏRLƏR

NOVRUZ MƏMMƏDOV: AZƏRBAYCAN QƏRBİN MÜNASİBƏTİNDƏN NARAZIDIR

2021.10.20, 07:36
NOVRUZ MƏMMƏDOV: AZƏRBAYCAN QƏRBİN MÜNASİBƏTİNDƏN NARAZIDIR

Gunaz.tv
NOVRUZ MƏMMƏDOV: AZƏRBAYCAN QƏRBİN MÜNASİBƏTİNDƏN NARAZIDIR (Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdirinin Turan agentliyinə müsahibəsi) Tərəflərin Qarabağ münaqişəsinin Təməl həll prinsipləri üzrə razılığa gəlməsi barədə məlumat nə dərəcədə düzgündür? Bu suala cavabda Məmmədov bildirib ki, Ermənistanla-Azərbaycan arasında münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda hələlik konkret bir müəyyənlik yoxdur. Azərbaycanın, həmsədr ölkələrin nümayəndələrinin və həmsədrlərin özünün ötən vaxtlarda göstərdiyi səylərə baxmayaraq, hər dəfə görüşdən-görüşə Ermənistanın mövqeyi məlum olmayan səbəblər üzündən ya dəyişir, ya da yeni element ortaya atılır. Beləliklə də, danışıqlar prosesi uzadılır. Çərçivə sazişi ilə bağlı razılıq əldə edilə bilərmi? Təklif edilmiş variant münaqişənin mərhələli həlli prosesidir. Amma Ermənistan çox asanlıqla, kimlərinsə himayəsi ilə bu əraziləri hələ də işğal altında saxlayır və mərhələli həll prosesini bu ərazilərin boşaldılmasından başlamağa heç cür razılıq vermir. Bütün bunlar Çərçivə sazişinə nail olmağa mane olur. İndi isə Ermənistanın başı daha çox Türkiyə ilə sərhədlərin açılmasına qarışıb. Çox təəssüflər olsun ki, Ermənistan bu məsələdə dünya birliyini, Avropanı, elə Amerikanı da öz tərəfinə çəkib, deyə Məmmədov bildirib. Münaqişə həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açmasının Azərbaycan-Türkiyə münasibətlərinə hansı təsiri ola bilər? Buna cavabda Məmmədov bildirib ki, Şübhəsiz ki, bu addımlar konkretləşdikdə və reallaşdıqda müəyyən nəticələr verə bilər. “Bizim də buna adekvat reaksiyamız ola bilər və bu da təbiidir”, deyə Məmmədov qeyd edib. Sonra o, Azərbaycanın geosiyasi cəhətdən çox vacib region olduğuna və onun maraqlarına qarşı laqeydliklə yanaşmanın onu layiqincə qiymətləndirməyənlərə baha başa gələcəyinə işarə edib. Sərhədlər açılarsa, bu, şübhəsiz ki, Ankara və Bakı arasında münasibətlərə də təsir göstərə bilər. Türkiyənin qarşısında türk dünyası, türk dövlətləri, eləcə də Azərbaycanla bağlı mənəvi, hüquqi və digər məsuliyyətlər var və onların nəzərə alınmaması öz təsirini göstərəcək. O, İlham Əliyevin Moskvaya hazırki səfərinin Azərbaycanın kursunu dəyişməsinə dəlalət etməsi barədə iddiaları təkzib edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar