SON XƏBƏRLƏR

AKP Xocalını unudub

2021.10.20, 07:36
AKP Xocalını unudub

Gunaz.tv
"Ankara-İrəvan danışıqları davam edir və elə düşünürlər ki, indi onlara Xocalı soyqırımı, Qarabağ məsələsi lazım deyil" Türkiyə iqtidarının Ermənistanla apardığı gizli danışıqlarda ciddi anlaşmalar əldə etmək üzrə olduğunu təsdiqləyən daha bir hadisə yaşanıb. Milliyyətçi Hərəkat Partiyası Xocalı soyqırımı haqda qətnamə layihəsi hazırlayıb və onu parlamentə təqdim edib. Layihənin dünən müzakirəyə çıxarılması planlaşdırılıb. Amma şəxsən parlamentin spikeri Köksal Toptan və xarici işlər naziri Əli Babacan MHP rəhbərliyinə müraciət edərək israrla dövlət adına bu qətnaməni geri çəkməyi xahiş ediblər. Yaxın günlərdə MHP başqanı Dövlət Baxçalının mətbuat konfransı keçirərək məsələylə bağlı açıqlama verəcəyi gözlənilir. Məsələ ilə bağlı sabiq səfir Hikmət Hacızadənin mövqeyini öyrəndik. Onun sözlərinə görə, bu davranışın əsasında günümüzdə qurulmaqda olan Ermənistan-Türkiyə əlaqələri dayanır: "Ona görə də AKP hökuməti Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsini "malalamaq" istəyir. Ankara-İrəvan danışıqları davam edir və elə düşünürlər ki, indiki məqamda onlara Xocalı soyqırımı kimi məsələlər lazım deyil". Bəs AKP-nin bu davranışı az əvvəl Ermənistanla danışıqlarda Qarabağ şərtindən imtina olunduğu ilə bağlı yayılan məlumatları təsdiqləmir ki? Hikmət Hacızadə dedi ki, bunu söyləmək çətindir. Çünki AKP hökuməti bir neçə dəfə bəyanlayıb ki, Qarabağ məsələsi kənara qoyulmayıb, danışıqlar predmeti kimi qalır, yəni bununla bağlı xəyanət yoxdur: "Ancaq bu bəyanatlara rəğmən, narahatçılıq var. Xocalı faciəsilə bağlı qətnamə layihəsinin parlamentdə müzakirəsinin qarşısının alınması, bəzi başqa çalarlar göstərir ki, AKP hökuməti hansısa manevrlər edir. Bu manevrlər həm Türkiyə, həm də Azərbaycan üçün ziyanlı ola bilər. Biz bu prosesi daim nəzarət altında saxlamalı və öz narahatçılığımızı bildirməliyik, mətbuatda yazılar getməlidir". Sabiq səfir onu da təəssüflə dedi ki, son illər Türkiyə Azərbaycan münasibətlərində soyuqlaşma hiss olunur. Keçən əsrin 90-cı illərinin əvvəllərində, o cümlədən Heydər Əliyev dönəmində qardaş ölkəylə olduqca möhkəm əlaqələr əməkdaşlıq nəzərə çarpıb. Azərbaycanda türk hərbi mütəxəssisləri hərbi məktəblərimizdə işləyiblər, ölkəmizə türk biznesmenlər gəliblər: "Amma nədənsə sonradan, bunu axıra qədər başa düşmədik, türk hərbi mütəxəssisləri Azərbaycandan getdi, biznesmenlər də geri qayıtmağa başladılar. Ölkəmizdə iri türk layihələri də görmürük. Eyni zamanda mən eşitdim ki, Türkiyədə də azərbaycanlı biznesmenləri sıxışdırırlar, işləməyə şərait yaratmırlar. Azərbaycanlılara Türkiyədə ev, torpaq almaq da indi qadağandır".Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar