SON XƏBƏRLƏR

Ermənistanla əməkdaşlıq İrana nə vəd edir?

2021.10.20, 07:36
Ermənistanla əməkdaşlıq İrana nə vəd edir?

Gunaz.tv
Ermənistanla əməkdaşlıq İrana nə vəd edir? Rasim Musabəyov: "Bu əməkdaşlıq İranın Azərbaycanın haqlı tələblərinə qoşulması fikrini şübhə altına alır" Son bir neçə gündür ki, İran və Ermənistan arasındakı yaxınlıq və qarşılıqlı əməkdaşlıq layihəsi çərçivəsində həyata keçirilən ikitərəfli görüşlər, imzalanan sazişlər diqqəti bütünlüklə özünə yönəldib. Ermənistanla yaxınlaşma İrana nə verir və ya bu əməkdaşlıqdan İranın qazancı nə olacaqğ Politoloq Rasim Musabəyov bildirib ki, İran-Ermənistan əməkdaşlığını bir o qədər də şişirtmək lazım deyil. Politoloq hesab edir ki, İran və Ermənistan qonşu dövlətdirlər və onlar arasında ikitərəfli əməkdaşlığın olması normal haldır: "Əslində, Azərbaycan və İran arasındakı iqtisadi və ticarət əlaqələrinin ümumi dövriyyəsi İranın Ermənistanla olan dövriyyəsindən üstündür. İran Azərbaycanın ticarət partnyorları arasında 5-ci, 6-cı yerləri tutur". R.Musabəyov qeyd edir ki, əgər ortada Azərbaycan torpaqlarının işğalı məsələsi, islam həmrəyliyi olmasaydı, Azərbaycan bu əlaqələrə bir qədər soyuqqanlı yanaşardı: "Azərbaycanla olan əməkdaşlıq və qonşuluq siyasəti çərçivəsində İran prinsipial mövqedən çıxış etsəydi, o, öz nüfuzundan və Ermənistanın İrandan asılılığından istifadə etməklə, ermənilərin işğal olunmuş ərazilərdən çıxması ilə bağlı tələb irəli sürərdi. Amma çox təəssüf ki, biz bunu müşahidə etmədik. Bu da İranın Azərbaycanın haqlı tələblərinə qoşulması fikrini şübhə altına alır". Politoloq onu da vurğulayıb ki, səfər zamanı hər iki tərəf arasında imzalanmış sazişlər iqtisadi mahiyyətdən çox siyasi anlam kəsb edir və bunların gerçəkləşməsi bir sıra problemlər ortaya çıxaracaq. ("OLAYLAR"İA) İran və Rusiyanın mövqeyi uzlaşır Ruslan Rəhimli: "Regionda Ermənistanı dəstəkləmək məsələsində" İran islam dövləti olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində anti-islam mövqe nümayiş etdirir. Qarşı tərəf islam prinsiplərindən daha çox, regionda öz siyasi maraqlarının təmin olunmasına çalışır. Bu, onun Ermənistanla olan münasibətlərində daha aydın görünür. Bu haqda politoloq Ruslan Rəhimli açıqlama verib. O, bildirib ki, hər bir dövlət üçün onun siyasi maraqları daha önəmlidir və bu, təbii bir haldır: "Lakin İran beynəlxalq aləmdə islam birliyi ideyasından çıxış etdiyi halda, Azərbaycan-Ermənistan münasibətlərində bu prinsiplərə əməl etmir və iqtisadi blokadada olan Ermənistana bir növ ikinci nəfəs verir". Politoloq qeyd edir ki, bunu SES-lərin tikintisi, qaz kəmərlərinin çəkilməsi ilə bağlı əldə olunan faktlar da təsdiqləyir: "Artıq qaz kəməri çəkilişi bitmək üzrədir ki, bu da Ermənistanın Rusiyadan asılılığını azaldır. Ümumiyyətlə, Ermənistanı dəstəkləmək baxımından regionda Rusiya və İranın mövqeyi uzlaşır" deyən R.Rəhimli İranın təcavüzkar Ermənistan dövləti ilə olan əməkdaşlığının sual doğurduğunu bildirib.("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar