SON XƏBƏRLƏR

Türk mediasından Azərbaycanlı həmkarlarına dəstək

2021.10.20, 07:36
Türk mediasından Azərbaycanlı həmkarlarına dəstək

Gunaz.tv
Türk mediasından Azərbaycanlı həmkarlarına dəstək "Yeniçağ" qazeti Türkiyə-Ermənistan sərhədində görünməmiş aksiya keçirdi Abdulla Gül isə millət vəkillərimizlə sərhədlərin açılmasıyla bağlı sualdan yayındı Ermənistanla sərhədlərin açılması niyyətinə təpki göstərən qardaş Türkiyənin "Yeniçağ" qəzeti Azərbaycan mediasının səsinə səs verərək, inanılmaz bir aksiyaya imza atdı. Bu aksiyaya həsr olunmuş və "Yeniçağ" qəzetinin dünənki sayının baş xəbəri kimi təqdim edilmiş "İşğal bitmədən əsla..." yazısını "Xalq Cəbhəsi" qəzetinin oxucularına təqdim edirik. Azər İşğal bitmədən əsla... İşğalçı erməniyə qapı açmaq istənilməsinə təpki göstərən "Yeniçağ" milli, çoğrafi və vicdani sərhədlərə sayğısını bütün dünyaya elan etdi. Qarsdakı Ağqaya Sərhəd Xidmətinə gələn "Yeniçağ"ın icra qurulu başqanı Əhməd Yabuloğlu, qəzetimizin yazarları Arslan Bulud, Sədi Somuncuoğlu, İsrafil Kumbasar, Selcan Tançı, Özcan Yeniçəri, Mühittdin Halbantoğlu, Sami Yavrucuk, Yavuz Səlim Dəmirağ, Cazim Gürbüz, Şuayip Özcan, Rəmzi Özdəmir və Mustafa Aslan iqtidarı bu təhlükəli addımın sonuclarıyla bağlı xəbərdar etdilər. "Yeniçağ" yazarları Qarsa gedərək Ermənistan torpaqlarından bir neçə metr uzaqlıqda sərhədi açma prosesinə etirazlarını bildirdilər. İşğalçı ermənilər mükafatlandırılmamalıdır Şərqi sərhəd qapısına yaxınlaşan "Yeniçağ" yazarları ermənilərlə bazarlığa oturan iqtidara səsləndilər: "Türk millətinin səbir kasasını imtahana çəkməkdən əl çəkin". Yazarlar sabiq dövlət naziri Sədi Somuncuoğlunun Şərqi Sərhəd Qapısının tabur komandanlığının yetkililəriylə telefon danışığından sonra Ermənistan sərhədinə yaxın bir ərazidə mətbuat konfransı keçirdilər. "Yeniçağ" qəzetinin yazarları adından çıxış edən professor Özcan Yeniçeri bildirdi ki, Ermenistan sərhədinə gedən yolların, keçid və köprülərin təmir olunması Türkiyə hökumətinin Ermənistan sərhədini açmağa hazırlaşdığını göstərir. Rəsmi şəxslərin əksini söyləməsinə rəğmən ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri və daha sonra sərhədlərin açılacağına işarə etməsi durumun kifayət qədər ciddi olduğunu təsdiqləyir. Bu gəlişmələrdən daha təhlükəlisi Azərbaycan Dövlətinin baş verənlərdən xəbərdar edilməməsidir. Bu durumun isə Azərbaycan və Türkiyə arasındakı etimadlı münasibətlərə təsir göstərəcəyi narahatlığı var. Türkiyə hökuməti Ermənistanla sərhədlərini açmaq istərkən Azərbaycan hətta bütün Türk dünyasına açıq olan qapılarını qapatmaq təhlükəsiylə qarşı-qarşıya qalıb. AKP iqtidarının daha öncə Kıbrıstakı qapı açma həvəsi bu dəfə deyəsən erməni sərhədinə doğru yol alıb". Yeniçəri bildirib ki, Ermənistanın öz iddialarından bir addım geri çəkilmədiyi təqdirdə AKP iqtidarının işğalçı ölkəylə münasibətləri inkişaf etdirməsi anlaşılan deyil: "Bu Ermenistan "Bir millət iki dövlət" adlandırdığımız Azərbaycanlı qardaşlarımızın torpaqlarının 20 faizini işğal altında saxlamaqla, Dağlıq Qarabağdakı işğalı hüquqa zidd olaraq davam etdirir. Erməni əsgərlərinin Rusiyanın dəstəyilə Xocalıda törətdikləri vəhşi qətliamın canlı xatirələri hələ də gözlərimin önündədir". Azərbaycan torpaqlarının işğalının və ya Qarabağ sorununun təkcə Azərbaycanın deyil eyni zamanda Türkiyənin də problemi olduğunu dilə gətirən Yeniçəri bildirib ki, Qəzzadakı qətliamlar üçün haqlı olarak İsrailə meydan oxuyanlar Xocalı üçün də eyni təpkini nümayiş etdirmədilər: "Bunun yolu da qapı açmaqdan deyil, Ermenistanı hüquqa uyğun davranmaya məcbur etməkdən keçir." Daha sonra "Yeniçağ" qəzetinin heyətində yer alan sabiq dövlət naziri Sədi Somuncuoğlu çıxış edib: "Biz, Türkiyə-Ermənistan gələrkən Giziroğlu Mustafa bəyin, Murad Çobanoğlunun, Çıldırlı Aşıq Şenliyin yaşadığı torpaqlardan keçdik. Bu Türk millətinin yetiştirdiyi ünlü Türk böyükləri, bu önəmli deyerler bizə bu mesajı verir: Torpağınıza, vətəninizə sahib çıxın. Ayrıca, Karabağ dediyimiz bölgə Əbulfəz Elçibəyin deyimiyle "Türk dünyasının qırtlağıdır". Ermənistan Rusiyanın dəstəyi ilə Qarabağa çökərək Türk dünyasının qırtlağına çökmüşdür. Belə bir işğal ortalıqda olduğu halda Türkiyənin təcavüzkarı mükafatlandırır kimi sərhəd qapısını açması istənilir. Bu təzyiq kimdən gəlirsə gəlsin sərhəd açılmayacaq, buna kimsənin gücü yetməz. Biz bununla bağlı xalqımızı xəbərdar etməyə, bilgi verməyə davam edəcəyik". Aksiyanın sonunda Özcan Yeniçəri "Yeniçağ" qəzetinin bəyanatını oxuyub. Bəyanatda qeyd olunur ki, rəsmi açıqlamalara baxmayaraq, Ermənistana gedən yolların, keçid və körpülərin təmir edilməsi Türkiyə hökumətinin sərhədi açmağa hazırlaşdığını göstərir: "Azərbaycan və Türkiye cəmiyyəti haqlı olarak AKP hökumətindən baş verənlərlə bağlı cavab tələb edir. Ermənistan hələ də Türkiyənin sərhədlərini tanımayıb. Türkləri "soyqırım" törətməkdə günahlandırır. Türkiyə torpaqlarına iddialarını davam etdirir. Türk diplomatlarını qətlə yetirən erməni teroristlərini qəhrəman elan edərək abidələr ucaldır. Ermənistan türk və Türkiyə düşmmənçiliyini var gücüylə həyata keçirməyə çalışır. Bu səbədən, Türkiyə sərhədləri açaraq işğalçı Ermenistanı mükafatlandıra, erməni işğalına haqq qazandıra bilməz! Barak Obamanın "soyqırım" sözünü ifadə etməməsi üçün, Türkiyənin əlini gücləndirmək bəhanəsiylə Azerbaycanın qolunun kəsilməsinə razılıq verilməsi mümkün deyil. Bir daha rəsmilərə müraciət edərək deyirik ki, bölgədə sərhəd problemi yoxdur, işğal problemi var. Problemin çözülməsi isə təcavüzkar Ermənistanın işğal altında tutduğu topraqları boşaltmaqla mümkün ola bilər. AKP hökuməti utancaq və çəkingən siyasətinə son verməlidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı Abdulla Gül yenə konkret danışmadı Türkiyəli həmkarlarımızın Azərbaycana dəstək kampaniyasından yenicə ruhlanmağa başlamışdıq ki, ürəkaçmayan bir məlumat aldıq... Xəbər verdiyimiz kimi Azərbaycanın qadın millət vəkillərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir. Millət vəkillərimiz səfər çərçivəsində qardaş ölkənin bir sıra rəsmilərilə görüşüblər. Xanım millət vəkillərimizin bir gün öncə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Topdana gümüş qutunun içərisinə qoyulmuş Qarabağ torpağı hədiyyə etməsi barədə yazmışdıq. Türkiyə mətbuatı bu olayı "Axərbaycanın xanım millət vəkillərindən tərs şillə" başlığıyla təqdim etmişdilər. Dünən isə "tərs şillə" Türkiyə prezidenti Abdulla Güldən gəlib. Əldə etdiyimiz məlumata görə, qardaş ölkənin dövlət başçısı millət vəkillərimizlə görüşdə Ermənistanla sərhədlərin açılmasıyla bağlı məlumatları birmənalı olaraq yalanlamayıb. Ənənəvi olaraq, verilən konkret suallardan yayınıb və bildirib ki, onların atacağı addımlar hamının xeyrinə olacaq. Qeyd edək ki, bundan öncə də Türkiyə rəsmiləri Ermənistanla sərhədlərin açılmasının Azərbaycanın xeyrinə olduğunu bildirir və bu "xeyiri" heç bir əsası və perspektivi olmayan arqumentlərlə əsaslandırmağa çalışırdılar. Türkiyəli həmkarlarımızın Ermənistanla sərhəddə şahid olduqları faktlar - yolların, keçidlərin və körpülərin təmir edilməsi də AKP-nin öz niyyətindən bir addım da geri çəkilmədiyini göstərir. O üzdən, "Azərbaycanda anti-Türkiyə kampaniyası aparılır" deyə öz ölkəsində belə nüfuzdan düşmüş bir hökumətə yarınanlar, mənasız və bəsit ittihamlarının "azadlığa çıxmalarına" imkan verən əzalarını qapatsalar daha yaxşı olar...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar