SON XƏBƏRLƏR

İran Ermənistana dəstək verir

2021.10.20, 07:36
İran Ermənistana dəstək verir

Gunaz.tv
İran Ermənistana dəstək verir Tehran rejimi batmaqda olan İrəvanı xilas etməyə çalışır Ermənistan prezidenti Serj Sarkisyanın İrana rəsmi səfəri geosiyasi kontekstdən işğalçı rejimin dalana dirənməsi kimi də qiymətləndirilə bilər. S.Sarkisyan Tehranda keçirdiyi görüşlərdə açıq bəyan etdi ki, onun ölkəsinin İranın siyasi və iqtisadi dəstəyinə böyük ehtiyacı var və İran hökuməti qonşusunun bu ehtiyacını nəzərə almalıdır. Qeyd edək ki, səfər çərçivəsində S.Sarkisyanla İran prezidenti M.Əhmədinejadın imzaladığı sazişlərdən biri də İrana gedən 470 km-lik dəmiryolunun tikintisini nəzərdə tutur. İkinci saziş isə Ermənistan mallarının İrana eksportunu yüngülləşdirir. Qeyd edək ki, indi Ermənistan və İran 2 milyard dollar qoyub 5 ilə dəmiryolu çəkmək istəyirlər. Lakin maraqlıdır ki, "Eurasia View" internet məcmuəsinin yazdığına görə, bu 2 milyard dolların haradan tapılacağı S.Sarkisyanın İran səfərində heç müzakirə mövzusu olmayıb. O da maraqlıdır ki, Ermənistanı təcriddən çıxarmağa İran öz ərazisini verir, Rusiya isə pulunu. S.Sarkisyan deyib ki, dəmiryolunun tikintisinə Rusiya kapitalı cəlb oluna bilər. Lakin Yerevanda bir sıra təhlilçilər İranla bağlanmış sazişləri real hesab etmirlər. Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan deyir ki, indiki qlobal böhran şəraitində xüsusilə Rusiyanın pul qıtlığı yaranıb. Ona görə demək çətindir ki, bu gün verilən sözlər sabah yerinə yetiriləcək. Yerevandakı Noravank Fondunun eksperti Sevak Sarıxanyan isə deyir ki, İranla əlaqələri gücləndirən Ermənistan özünü sığortalayır: "Əgər Türkiyə sərhədi açmasa, Yerevanın İran tərəfdən Yaxın Şərqə və İran körfəzinə yolu açılır. Lakin pul tapmaq çətindir". Təəssüf doğuran isə odur ki, İran işğalçı Ermənistana blokada vəziyyətindən çıxmağa kömək etməyə hazır olduğunu bəyan edib. Əslində İranla Ermənistan arasında iqtisadi və ticarət əlaqələri çoxdan var, özü də yüksək səviyyədədir. İşğalçı dövlətin başçısı son günlər sərhədlərin açılması məsələsi ilə ilgili bölgədə yaranan vəziyyətdən sui-istifadə edərək Tehrana yola düşüb və bununla bir növ "Yerevanın bölgədə daha çox müttəfiqlərə malik olduğunu" isbat etməyə çalışır. İranla Ermənistan arasında iqtisadi və ticari ilişkilərin tarixi isə ötən əsrin 90-cı illərinin əvvəllərinə gedir. İran Ermənistan-Azərbaycan münaqişəsi başlanandan ikili standart siyasət yürütmüş, sözdə islam təəssübkeşlyi ilə guya Azərbaycanın tərəfində olduğunu söyləmiş, arxada, əlaltdan isə Ermənistana maddi və mənəvi yardımlar etmişdir. Hətta bir sıra məlumatlara əsasən, işğalçı dövlətin paytaxtında iranlı iş adamlarına hər yerdə rast gəlmək mümkündür. İran Ermənistanda bir neçə istehsal müəssisəsi açıb. Ermənistana güzəştli şərtlərlə qaz, elektrik enerjisi verir. Ermənistanla ticarət edən iş adamları İranda vergidən azaddırlar. Bu Ermənistana yatırım qoymaq üçün stimullaşdırıcı addımdır. İran rejimi iranlı gənclərin Ermənistan ali məktəblərində təhsil almasına şərait yaradır, İranda isə Ermənistan ali məktəblərinin diplomları tanınır. Ən təssüf doğuran məqam isə odur ki, prezident M.Əhmədinejad deyib ki, hər il onun ölkəsində 1915-ci ildə baş verən hadisələr geniş qeyd olunur. O, iranlılarla erməniləri eyni mədəniyyətə malik xalqlar adlandırıb və deyib ki, nəzərdə tutulan layihələrin hamısı həyata keçiriləcək. Bu fakt sözsüz ki, müsəlman həmrəyliyinə qarşı arxadan vurulan ən ağır zərbədir...// SİA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar