SON XƏBƏRLƏR

ABŞ İRAN ƏSİLLİ AMERİKALI JURNALİSTƏ AZADLIQ TƏLƏB EDİR

2021.10.20, 07:36
ABŞ İRAN ƏSİLLİ AMERİKALI JURNALİSTƏ AZADLIQ TƏLƏB EDİR

Gunaz.tv
ABŞ İRAN ƏSİLLİ AMERİKALI JURNALİSTƏ AZADLIQ TƏLƏB EDİR Roksana Sabiri ABŞ Dövlət Departamentinin sözçüsü Robert Vud jurnalistlərlə söhbətində casusluqda günahlandırılaraq Tehranın Evin həbsxanasında saxlanan İran əsilli amerikalı jurnalist Roksana Sabirinin dərhal azadlığa buraxılmasını tələb edib. 6 ildir İranda yaşayaraq BBC və Amerika Milli Radiosu kimi beynəlxalq media quruluşlarına xəbər toplamaqla məşğul olan Roksana 2 ay yarım əvvəl həbs edilib.  Robert Vud jurnalistə qarşı irəli sürülmüş casusluq ittihamının tam əsassız olduğunu bildirib: “ABŞ Roksana Sabiriyə qarşı irəli sürülmüş casusluq ittihamını tamamilə əsassız sayır. Vaşinqton İran rəsmilərindən bu jurnalistin dərhal azadlığa buraxılmasını tələb edir”. ABŞ Dövlət Departamentinin sözçüsü R.Vud həmçinin 31 yaşlı jurnalistin məhkəməsinin tam qapalı və qeyri-şəffaf keçirilməsinə etiraz bildirərək bunun ədalətsizlik olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar