SON XƏBƏRLƏR

Metyu Brayza: “Qarabağın həlli çox yaxındadır”

2021.10.20, 07:36
Metyu Brayza: “Qarabağın həlli çox yaxındadır”

Gunaz.tv
Metyu Brayza: “Bunu mən son 10 ildə ilk dəfə belə bir ümid və əminliklə deyə bilərəm” ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıda keçirilən danışıqlardan sonra BBC-yə müsahibə verib. Müsahibəsində M.Brayza deyib ki, danışıqlarda əsas diqqəti Minsk Qrupunun işləyib tərəflərə təklif etdiyi təməl prinsiplərin tamamlanması üzərində cəmləşdirmək barədə razılıq əldə olunub. Bu təməl prinsiplərin tamamlanması üçün Ermənistan və Azərbaycan hansı məsələləri həll etməlidir? Amerikalı həmsədrin suala cavabı belə olub: “Təməl prinsiplər münaqişənin yekun həllini, onun həlli çərçivələrini müəyyən edir. Bu, ərazilərin qaytarılmasını, məcburi köşkünlərin öz yerlərinə dönməsini, bölgənin hər iki etnik qrupa mənsub olan əhalisinin təhlükəsizliyini təmin edən təhlükəsizlik tədbirlərinin mexanizmlərini nəzərdə tutmaqla, prosesin irəliləməsinə ədalətli və balanslaşdırılmış şərait yaradır. Bura mübahisəli ərazilərin siyasi statusunu müəyyənləşdirmək üçün mexanizmlərin işlənməsi də daxildir. Beləliklə, ortada bir neçə spesifik məqam qalıb ki, onlar həll olunmalıdır, həll olunmağa çox yaxındır və həll olunduqda bu, təməl prinsiplər adlandırdığımız problemin çözüm çərçivələrini yekunlaşdırmağa imkan verəcək”. (Mediaform) M.Brayza qeyd edib ki, o, razılaşdırılmamış məqamlar haqda “bu cür ümumi şərhdən” savayı nəsə deyə bilməz: “Çünki prezidentlərə hörmət edərək onların sərbəst danışıqlar aparması üçün şərait yaratmalıyıq”. Bundan qabaqkı müsahibələrinin birində M.Brayza demişdi ki, prezidentlər bir-birilərinin mövqeyini və qəbul edə biləcəkləri “ağrılı güzəştləri” nəzərdən keçirirlər. BBC-nin “həmin ağrılı güzəştlər hansılardır” sualını amerikalı həmsədr cavabsız qoyub: “Mən bunun təfərrüatını deməyəcəm, bayaq dediyim kimi, mən bunu edə bilmərəm. Amma deyə bilərəm ki, həmin güzəştlər bundan əvvəl qeyd etdiyim məqamlarla bağlıdır. Bu həmişə belə olur - məsələnin həllinə yaxınlaşdıqda çətin məqamlar ortaya çıxır və bu çətin məqamları razılaşdarmaq üçün prezidentlərə, çətin də olsa, cəsarətli addımlar atmaq lazımdır. Mən əminəm ki, onlar bunu etməyə qadirdirlər. Mənim ölkəmin rəhbərləri bu çətinlikləri yaxın aylarda dəf etmək üçün prezidentlərə yardım etməyə hazırdır”. Sonda M.Brayza bir daha vurğulayıb ki, ABŞ Qarabağ prosesinin təməl prinsiplərinin hazırlanmasının tez bir zamanda yekunlaşması üçün tərəflərə ən yüksək səviyyədə kömək etməyə hazırdır: “Bunu mən son 10 ildə ilk dəfə belə bir ümid və əminliklə deyə bilərəm. Biz yaxın bir neçə ayda konkret nəticəyə nail olmalıyıq. Biz Dağlıq Qarabağ məsələsinə dair əhəmiyyətli sıçrayışa və ya tərəqqiyə nail olmalıyıq. Hesab edirəm ki, bu tərəqqi çox yaxındadır və ümid edirəm ki, biz bunu prezident Sərkisyan və prezident Əliyevin may ayındakı görüşü zamanı görəcəyik”.sherq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar