SON XƏBƏRLƏR

Neftin qiyməti artır

2021.10.20, 07:36
Neftin qiyməti artır

Gunaz.tv
Neftin qiyməti artır Neftin qiyməti qalxıb. Buna səbəb Birləşmiş Ştatlar əmək bazarında canlanmanın müşahidə olunmasıdır. Ekspertlər hesab edir ki, belə getsə, ölkə iqtisadiyyatı durğunluqdan çıxacaq. ABŞ-da maliyyə böhranı yaşanandan bəri dövlətə işsizliklə bağlı müavinət üçün müraciət edənlərin sayı son vaxtlar xeyli azalıb. Halbuki analitiklər işsizlər ordusunun sayının artacağını gözləyirdilər. Bundan başqa, dünyanın ikinci nəhəng neft istehlakçısı olan Çində sənaye istehsalının həcmi mart ayı üçün 8,3 faiz artıb. İqtisadçılar Çin və ABŞ-ın son günlər göstərdiyi nəticələri nəzərə alaraq, - böhran artıq geridə qalıb - deməyə əsas verdiyini bildirirlər. Hazırda Nyu-York birjasında layt markalı neftin bir barelinin qiyməti 0,93 dollar bahalaşaraq 50,18 dollara təklif olunur. Həmin tendensiya london birjasında da təkrarlanır. Brend markalı neftin bir barelinin qiyməti 1,91 dollar artıb və indi 53,44 dollara satılır. ABŞ dövlət enerji informasiya idarəsinin məlumatına görə, gələn il neftin qiyməti daha da bahalaşa bilər. Qurumun ekspertləri qara qızılın bir barelinin qiymətinin 63 dollara çatacağını proqnozlaşdırır. Buna səbəb isə gələn ildən dünya iqtisadiyyatında yaşanacaq sabitləşmədir. Bundan başqa 2010-cu ildə dünya ümumdaxili məhsulun həcmində də artım gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar