SON XƏBƏRLƏR

Rusiya Azərbaycanı əlində saxlamaq üçün hər şeyə hazırdır

2021.10.20, 07:36
Rusiya Azərbaycanı əlində saxlamaq üçün hər şeyə hazırdır

Gunaz.tv
Rusiya Azərbaycanı əlində saxlamaq üçün hər şeyə hazırdır Moskvada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidentinin şəhərkənarı iqamətgahında Dmitri Medvedyevlə görüşüb. RİA-nın məlumatına görə, görüşdə ölkələr arasındakı münasibətlərin dinamik şəkildə müsbət inkişaf etməsindən razılıq ifadə olunub. “Ölkələrimiz arasında yaxşı münasibətlər formalaşıb. Biz mütəmadi olaraq ünsiyyət qurur, bizi maraqlandıran bütün məsələləri müzakirə edirik”, - deyə Rusiya prezidenti bildirib. Ötən il Azərbaycanla Rusiya arasında mal dövriyyəsinin 40 faiz artıdığını deyən Medvedev bu il çətinliklər olacağını istisna etməyib. “Bizim məqsədimiz əldə edilənləri saxlamaqdır. Çünki biz artıma yalnız enerji daşıyıcılarının hesabına deyil, ticarət dövriyyəsində keyfiyyət dəyişməsi ilə nail olmuşuq, bu, çox dəyərlidir", - deyə Medvedyev əlavə edib. Medvedev ikitərəfli iqtisadi münasibətlərdə müsbət dinamikanı saxlamaq üçün pəçsmi Moskvanın hər şeyə hazır olduğunu bəyan edib. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin müsbət inkişafında Medvedevlə şəxi dostluq münasibətlərinin də rol oynadığını bildirib. “Qlobal maliyyə böhranı iqtisadi münasibətlərin inkişafına bəzi düzəlişlər edib. Bununla belə, iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağına ümid edirəm. Rusiya Azərbaycanın dostu, qonşusu, strateji tərəfdaşıdır və münasibətlər bu əsasda inkişaf etdiriləcək”, - deyə İlham Əliyev vurğulayıb. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar