SON XƏBƏRLƏR

Güney Azərbaycan İstiqlal Partiyasının Türkiyə - Ermənistan sərhəddinin açılma ehtimalı ilə bağlı B Ə Y A N A T I

2021.10.20, 07:36
Güney Azərbaycan İstiqlal Partiyasının Türkiyə - Ermənistan sərhəddinin açılma ehtimalı ilə bağlı B Ə Y A N A T I

Gunaz.tv
Son zamanlar Türkiyə Cümhuriyyətinin Ermənistanla sərhədləri açmaq və bu ölkə ilə diplomatik münasibətlər yaratmaq niyyəti barədə bir sıra kütləvi informasiya vasitələrində yayılan xəbərlər dünyada yaşayan Azərbaycan türklərinin böyük narahatlığına və etirazına səbəb olub. AKP hökumətinin rəsmi nümayəndələrinin Ermənistana etdiyi səfərlər və tərəflər arasında sərhədlərin açılması ilə bağlı aparılan danışıqlar müxtəlif fikirlərin yayılmasına səbəb olub. Bir sıra təhlilçilər bəyan edirlər ki, AKP rəhbərliyi bu kimi diplomatik gedişlər etməklə Cənubi Qafqazda Azərbaycan və Türkiyə Cümhuriyyətinin milli maraqlarına uyğun olmayan proseslərin başladılmasına şərait yaratmaqdadır. Təbii ki, bu kimi fikirlər Türkiyə-Azərbaycan qardaşlığına ciddi zərbə ola bilər. Əgər hakim AKP hökuməti Türkiyə-Ermənistan sərhədlərinin açılması qərarını verərsə bu o anlama gələcək ki, bu partiya nə Türkiyənin, nə də Azərbaycan dövlətinin milli maraqlarını nəzərə almadan təcavüzkar Ermənistana siyasi və iqtisadi dəstək verməklə bərabər, həm də Dağlıq Qarabağın erməni terrorçularının işğalında qalmasına şərait yaradır. Bu isə aparılan sülh danışıqlarına mənfi təsir göstərməklə yanaşı həm də ermənilərin Türkiyə və Azərbaycana qarşı saxta iddialarını daha geniş formada irəli sürmələrinə imkan vermiş olar. Bütün bu kimi amilləri nəzərə alaraq Güney Azərbaycan İstiqlal Partiyası dünyada yaşayan bütün türklərin bu məsələ ilə bağlı narahatlığına və haqlı etirazına qoşulur və onlarla eyni mövqedə olduğunu bəyan edir. GAİP Türkiyə iqtidarında olan AKP hökumətindən tələb edir ki, onlar Ermənistanla sərhədi açmaq əvəzinə Türkiyə Cümhuriyyətinin xarici siyasətdəki tutarlı mövqeyindən istifadə edərək erməni işğalçılarının Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyri-şərtsiz çıxsını və Türkiyə dövlətinə qarşı yalançı iddialarından əl çəkməsini tələb etsin. Güney Azərbaycan İstiqlal Partiyası 16.04.2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar