SON XƏBƏRLƏR

Azərbaycan güləşçisi “Qızıl Qran-Pri” turnirinin qalibi olub

2021.10.20, 07:36
Azərbaycan güləşçisi “Qızıl Qran-Pri” turnirinin qalibi olub

Gunaz.tv
Azərbaycan güləşçisi “Qızıl Qran-Pri” turnirinin qalibi olub Özbəkistanda keçirilən yarışda 60 kq çəkidə yarışan Sakit Cəlilov qızıl medal qazanıb Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Yunan-Roma və sərbəst güləş üzrə “Qızıl Qran-Pri” seriyasından olan beynəlxalq turnirdə Yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan güləşçiləri daha bir medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Sakit Cəlilov bütün rəqiblərini məğlub edərək “Qızıl Qran-Pri” turnirinin qalibi olub. Bu gün Daşkənd turnirində sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Qeyd edək ki, Yunan-Roma güləşçilərinin mübarizəsində daha öncə Emin Əhmədov (66 kq) gümüş, Qadir Süleymanov (55 kq) isə bürünc medal qazanmışdı. Elvin Rəsul /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar