SON XƏBƏRLƏR

Ermənistanda türk mallarına rast gəlinir

2021.10.20, 07:36
Ermənistanda türk mallarına rast gəlinir

Gunaz.tv
Ermənistanda türk mallarına rast gəlinir Yıcal Arpantaş: "Rəsmi qeydiyyata görə türk şirkətləri guya İran və Gürcüstana mal göndərirlər, amma sonradan həmin mallar Ermənistana gedir" Qüdrət Həsənquliyev: "2008-ci ildə on min türk yük maşınını Gürcüstan üzərindən Ermənistana gedib" Türkiyə və Ermənistan arasında sərhədin açılacağı yönündə narahatçılıq hələ də qalır. Ancaq o da bəllidir ki, quru sərhədləri açılmadan belə işğalçı ölkəyə türk malları Gürcüstan və İran üzərindən daşınmaqdadır. Məsələyə dünən türk və azərbaycanlı parlamentarilərin keçirdikləri mətbuat konfransında da münasibət bildirildir. CHP-nin sabiq millət vəkillərindən Yıcal Arpantaş dedi ki, rəsmi məlumatlara əsasən Türkiyə və Ermənistan arasında ticarət yoxdur. Amma dolayı ticarət var. Amma hazırda bütün türk mallarını Ermənistanda görmək mümkündür. Bu mallar Gürcüstan və İran üzərindən işğalçı ölkəyə gedir. Yəni türk şirkətləri guya İran və Gürcüstana bu malları göndərirlər, rəsmi qeydiyyatda da belədir, amma əslində sonradan həmin mallar Ermənistana gedir: "Bunun da olmaması lazımdır. Amma dolayı ticarət həyata keçirilir, ticarətdə buna mane olmaq da müşküldür". AVP sədri Fəzail Ağamalı hesab edir ki, türk yük maşınlarının Ermənistana getdiyi Türkiyə gömrüyündə bilinir: "Hər hansı yük maşını gömrükdən keçəndə yəqin ki, sənəddə yazılır ki, İstanbul, Tilfis, son nöqtə də İrəvandır". Ancaq Yıcal Arpantaş Türkiyədə gömrükdən keçən malların son mənzili kimi Gürcüstan və İran göstərilir: "Sonra reeksport olunur, Ermənistana göndərilir. Biz Böyük Millət Məclisinə keçmişdə sorğu verdik, bizə gələn cavablar o şəkildə oldu". BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirdi ki, Azərbaycan hökumətində məlumat var, mətbuatımız da yazır. Gürcüstandan da belə məlumatlar alınır: "Gürcüstandakı Azərbaycan türklərinin diaspor təşkilatının rəhbəri mənim yanıma gəlmişdi. Mənə bütün sənədləri göstərdilər, hətta videogörüntüləri təqdim etdilər. 2008-ci ildə on min türk yük maşını Gürcüstan üzərindən birbaşa Ermənistana gedirlər. Yəni Gürcüstanda mallar boşaldılıb, sonra Ermənistana daşınmır. O yük maşınları birbaşa tranzit ölkə kimi Gürcüstandan keçib, Ermənistana gedirlər. Bir-iki yox, on min yük maşını keçir. Türkiyədən Ermənistana gedən yük maşınlarının sayı Azərbaycana gələnlərdən çoxdur". Yıcal Arpantaş dedi ki, millət vəkili olduğu zaman baş nazirlə Azərbaycana gəlib: "Həmin vaxt Türkiyənin baş nazirilə tək mən gəlmişdim. Baş nazirlə Azərbaycan prezidenti görüşəcəkdi. Yüksək səviyyəli rəsmilərinizə dedim ki, bu məlumatları prezidentə təqdim edin, bu barədə danışsın. Həmin məlumatları prezidentə vermədilər". Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar