SON XƏBƏRLƏR

Ermənistanla sərhədləri açılması barışa yox, savaşa yol açar

2021.10.20, 07:36
Ermənistanla sərhədləri açılması barışa yox, savaşa yol açar

Gunaz.tv
Şükrü Elekdağ: "ATƏT-in Minsk qrupundan əlinizi üzün, sərhədlərin bağlı olması Türkiyə və Azərbaycanın əlində ən güclü vasitədir" ATƏT-in Minsk qrupu 15 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesilə məşğul olur. Ancaq hələ də ortada bir nəticə yoxdur. Digər tərəfdən, 1992 və 1993-cü illərdə BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə bağlı 4 qətnamə qəbul edib. Keçən il BMT Baş Assambleyası da Azərbaycanın torpaq bütövlüyünün tanınması, torpaqların dərhal işğaldan azad edilməsi, 1 milyon azərbaycanlının yurd-yuvasına dönəminə şərait yaradılmaısyla bağlı sənəd qəbul edib. Ancaq Ermənistan bu qətnamə və qərarlara da məhəl qoymur. Bəs vəziyyətdən çıxış yolu nədir? Məsələ ilə bağlı suallarımızı Türkiyənin tanınmış diplomatı, uzun illər ABŞ-da səfir olmuş CHP-dən olan millət vəkili Şükrü Elekdağa ünvanladıq. Onun sözlərinə görə, BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu və işğaldan dərhal azad edilməsilə bağlı qərarlar çıxarıb. Bu, Azərbaycanın hüquqi cəhətdən üstünlüyə malik olmasını təmin edir: "BMT Baş Assambleyası 2008-ci ilin 14 martında qərar çıxararaq Azərbaycanın torpaqlarının qaytarılmasını tələb etdi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsiylə məşğul olan, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransa bu qərara qarşı səs verdilər. Bununla da qəbul olunmuş qərarlara qarşı çıxan 3 dövlət oldu. Ancaq BMT Təhlükəsizlik Şurasının eyni məzmunlu əvvəlki qətnamələrinə bu üç dövlət səs vermişdilər". Tanınmış diplomat Minsk qrupundan əlimizi üzməyimizi məsləhət görür: "Bu Minsk qrupu nə iş görür? Guya bu qrup Azərbaycan-Ermənistan münaqişəsini həll edəcək. Əgər onların dövlətləri BMT-nin çıxardığı qərarın əleyhinə səs verirsə, Minsk qurupunda təsmil olunan həmsədrlər nə iş görə bilərlər ki?". Şükrü Elekdağa görə, rasional yol BMT-nin və dijər beynəlxalq təşkilatların qərarları yerinə yetirilənə, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər Türkiyənin Ermənistanla sərhədlərini bağlı saxlamasıdır. Sərhədlərin qapalı saxlanılması Türkiyə və Azərbaycanın əlində Ermənistana qarşı çox güclü bir təsir vasitəsi, mexanizmidir:" Bu basqını Ermənistan hər gün daha çox öz iqtisadiyyatında hiss edir. Rusiyadan asılı olan bu işğalçı dövlətin iqtisadiyyatı zəifləyir. Əgər Türkiyə sərhədləri açsa, bu basqı qalmayacaq. O zaman BMT-nin çıxardığı qərarlar heç bir zaman həyata keçirilməyəcək". Şükrü Elekdağ iki gün öncə Beynəlxalq Böhran Qrupunun yaydığı hesabata və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın anoloji məzmunlu bəyanatına toxundu. Həmin açıqlamalarda bildirilir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Cənubi Qafqazda barış yarada bilər: "Əksinə, sərhədlərin açılması barışa yox, savaşa yol açır. Günlərin birində silahlı mücadilə yaranacaq. Barışa nail olmaq üçün Türkiyə-Ermənistan sərhədləri qapalı qalmalıdır". Ramiz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar