SON XƏBƏRLƏR

Serj Sarkisyan Əli Babacanla görüşüb

2021.10.20, 07:36
Serj Sarkisyan Əli Babacanla görüşüb

Gunaz.tv
Serj Sarkisyan Əli Babacanla görüşüb Görüşdə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə edilib Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşüb. ANS PRESS, Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə edilib. Danışıqlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Türkiyə xarici işlər nazirinin müavini Ərtoğrul Apaqan da iştirak edib. Ermənistan prezidentinin mətbuat xidmətinin görüşlə bağlı yaydığı xəbər cəmi bir neçə cümlədən ibarət olub və orada türkiyəli nazirin Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb-aparmadığı göstərilməyib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar