SON XƏBƏRLƏR

Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb

2021.10.20, 07:36
Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb

Gunaz.tv
Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb Dövlət başçıları Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin inkişaf tempinin saxlanmalı olduğunu bildiriblər Prezident İlham Əliyevin Rusiyaya səfəri davam edir. Dövlət başçısı bu gün rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb. Görüşdə hər iki dövlət başçısı qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin inkişaf tempinin saxlanmalı olduğunu bildiriblər. Rusiya prezidenti hər iki ölkə arasında təkcə iqtisadi yox, həmçinin humanitar sahədə də inkişafın vacibliyini vurğulayıb: "İqtisadi-ticari sahədə yüksək göstəricilər var. İki ölkə arasındakı mal mübadiləsi 40 faiz yüksəlib. Bizim əldə etdiyimiz nəticələr yalnız enerji daşıyıcılarının mübadiləsi ilə bağlı deyil. Mal mübadiləmiz kifayət qədərdir və xüsusilə qiymətlidir". Prezident İlham Əliyev Rusiya prezidentinə dəvətə görə minnatdarlığını bildirib. Dövlət başçısı bu görüşün ikitərfli münasibətlərdə inkişafı və fikir mübadiləsi aparmaq üçün çox yaxşı imkanlar açdığını, eləcədə iki ölkə arasında müsbət inkişafın şəxsi dostluq əlaqələri sayəsində əldə olunduğunu qeyd edib. İ.Əliyev qlobal maliyyə böhranının iqtisadi əlaqələrin inkişafına təsir etdiyini, lakin Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağına ümid etdiyini bildirib: "Rusiya Azərbaycanın qonşusu, dostu və strateji partnyorudur və biz əlaqələrimizi bu istiqamətdə inkişaf etdirəcəyik. Sizin də qeyd etdiyiniz kimi bu münasibətlər çox yaxşı inkişaf edir". Hər iki prezident Azərbaycan qazının Rusiya tərəfindən alınması məsələsini də müzakirə ediblər./ANS TV/

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar