SON XƏBƏRLƏR

BU GÜN SƏHƏR ANKARADA 8, BATMANDA 14, İZMİRDƏ 21 PKK-çı HƏBS EDİLİB

2021.10.20, 07:36
BU GÜN SƏHƏR ANKARADA 8, BATMANDA 14, İZMİRDƏ 21 PKK-çı HƏBS EDİLİB

Gunaz.tv
BU GÜN SƏHƏR ANKARADA 8, BATMANDA 14, İZMİRDƏ 21 PKK-çı HƏBS EDİLİB Türkiyədə PKK terror təşkilatının siyasi qanadına yönəlik geniş əməliyyat davam edir. “Media forum” xəbər verir ki, bu gün səhər saatlarında Ankara, İzmir, İstanbul və Batmanda PKK-çılar həbs olunub. Ankaranın Altındağ, Yeniməhəllə və Etiməsqut başda olmaqla bir sıra bölgələrində keçirilən əməliyyatda PKK-çı gənclər olduğu iddia edilən 8 nəfəri tutublar. Batman vilayətində xalqı dövlət əleyhinə aksiyalara təşviq edən, uşaqları PKK lehinə mitinqlərə aparan 14 nəfər həbsə alınıb. İzmirdə keçirilən əməliyyat PKK-nın terror aktlarını təşkil edən 21 nəfərin həbsi ilə nəticələnib. İstanbulda isə kürdlərin parlamentdəki təmsilçisi olan Demokratik Toplum Partiyasının yerli təşkilatında axtarışlar başlayıb. Təşkilatın rəhbəri Xəlil Aksoy polisin bəzi şəxsləri axtardığını deyib. Əməliyyatlar bütün ölkə miqyasında davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar