SON XƏBƏRLƏR

Türkiyə və Azərbaycan deputatları razılığa gəliblər

2021.10.20, 07:36
Türkiyə və Azərbaycan deputatları razılığa gəliblər

Gunaz.tv
“Azərbaycan torpaqları işğaldan azad olunmayınca sərhədlərin açılması Ermənistanı mükafatlandırmaq olar. Ermənistanın ən qısa zamanda işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını istəyirik”. RİA-nın məlümatına görə, bu barədə Azərbaycan – Türkiyə millət vəkillərinin iştirakı ilə ötən gün Bakıda keçirilən Forumun nəticələri ilə bağlı aprelin 16-da təşkil olunan mətbuat konfransında Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Şükrü Elekdağ bildirib. O qeyd edib ki, Belə görüşlər mütəmadi şəkildə keçirilməli və problemlər müzakirə olunmalıdır”. Bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini dələ gətirən millət vəkili görüşdə müəyyən razılıq əldə olunduğunu deyib. "İki ölkənin parlament nümayəndələri razılığa gəliblər ki, xarici siyasətdə olan prioritet məsələlərdə vahid mövqedən çıxış etsinlər". – deyə Elekdağ əlavə edib Türkiyəli millət vəkili bildirib ki, Ankara bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyəcək. Türkiyə parlamenti Ermənistandan beynəlxalq hüquq normalarını riayət etməyi və Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasını tələb edəcək. “Türkiyə parlamenti Azərbaycan cəmiyyətinin Ermənistanla sərhədlərin açılması ehtimalı ilə bağlı narahatlığını bölüşür və işğalçılıq siyasətindən əl çəkməyincə, sərhədlərin açılmasına qarşı çıxacaq. Hər iki parlament bu cür müzakirələrin davamlı olmasına qərar veriblər”, - türkiyəli deputat bildirib. Elekdağ çıxışında Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətinə də qiymət verib. “BMT tərəfindən Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı qəbul etdiyi qətnamələri yüksək qiymətləndirirəm. Bu qətnamələrin yerinə yetirilməsi üçün ciddi addımlar atılmalıdır. Məhz bu istiqamətdə fəaliyyəti gücləndirmək lazımdır. BMT Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə qəbul edərkən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, Fransa və ABŞ bu sənədin əleyhinə səs verib. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupundan nəticə gözləyə bilmərik. Hazırda sərhədlərin bağlı qalması ilə Türkiyənin Ermənistana iqtisadi təzyiqi davam edir. İndiki məqamda Ermənistanla sərhədlər açılsa, bu, silahlı münaqişəyə səbəb ola bilər”, - deyə millət vəkili vurğulayıb. Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Atilla Kaya da sərhədlərin açılmasının yaxşı nəticə verməyəcəyini deyib. O, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının mümkün olmayacağını bəyan edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev iki ölkə ictimaiyyətinin təzyiqləri nətcəsində rəsmi Ankaranın geri çəkildiyini desə də, təhlükənin hələ də mövcud olduğunu hesab edir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə Dağlıq Qarabağ münaqişəsinin həlli məsləsinin Türkiyə-Ermənistan danışıqlarının paketinə salınmasını təklif edib. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar